Bank Of Baku

Frankfurtda Alman Azərbaycan Təbib Tələbələrinin I Konfransı keçirilib - FOTO

Frankfurtda Alman Azərbaycan Təbib Tələbələrinin I Konfransı keçirilib - <font color=red>FOTO</font>
# 28 aprel 2011 08:50 (UTC +04:00)
Bakı-APA. Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAİF) və Həkimlər və Təbib Tələbələr İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Mükəmməl təbabətə doğru” adı altında Gənc Azərbaycanlı Təbiblərin I Almaniya Forumunun davamı olaraq Almaniyanın Frankfurt şəhərində Alman Azərbaycan Təbib Tələbələrinin I Konfransı keçirilib. ASAIF-dən APA-ya verilən məlumata görə, konfransın əsas məqsədi alman və azərbaycanlı tibb tələbələri arasında əməkdaşlığın inkişaf etdirilməsi və müasir elmi nailiyyətlərin işıqlandırılması olub.
Konfransı giriş sözü ilə Frankfurt-Höchst klinikasının Direktoru, professor Mattias Schwarzbach açıb və 6 ildən bəri azərbaycanlı gənclərlə birgə işləməkdən məmnun olduğunu vurğulayıb. O qeyd edib ki, böyük məmnuniyyətlə öz klinikasında azərbaycanlı gənc həkimlərin diplomdan sonrakı təhsili üçün imkanlar yaratmağa hazırdır.
Daha sonra Mannheim Tibb Fakültəsində elmi qrup rəhbəri Vüqar Yaqublu Azərbaycanın sürətli iqtisadi inkişafı və ixtisaslı mütəxəssislərin yetişdirilməsində Azərbaycan hökumətinin marağı haqqında məlumat verib.
Damar cərrahiyyəsi sahəsində canlı əfsanə hesab edilən professor Wolf Stelter tibb sahəsində yenilikçi şəxsiyyətlərin həyatı və öz ixtiralarının reallaşdırılması yolunda rast gəldiyi çətinliklər haqqında danışıb. Çıxışçı gənclərə müəllifi olduğu ixtiralar və onların praktiki tətbiqi prosesinin incəliklərini izah edib.

Frankfurt Universitet klinikasının bölmə rəhbəri Murad Şıxəliyev diplomdan sonrakı tibb təhsili sahəsində Almaniyada olan imkanlardan və Azərbaycanda səhiyyənin inkişafında bu imkandan bəhrələnmənin vacibliyindən danışıb.
M. Şıxəliyev özü tərəfindən Azərbaycanda ilk olaraq həyata keçirilmiş koxlear implantasiya haqqında məlumat verib.

Heidelberg Universitetinin doktorantı Jalə Əhmədova Azərbaycanda təhsilin strukturu, Frankfurt-Höchst klinikasının gənc həkimi Mattias Wahmann klinikada öz təhsil proqramı haqqında danışıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR