Bank Of Baku

Azərbaycanda yaşayan rusların Rusiya dövlət təhsil ocaqlarında təhsil almaları məqsədilə təqaüd proqramı elan edilib

Azərbaycanda yaşayan rusların Rusiya dövlət təhsil ocaqlarında təhsil almaları məqsədilə təqaüd proqramı elan edilib
# 28 aprel 2011 09:10 (UTC +04:00)
Bakı. Habil Süleymanov –APA. Rusiya Federasiyası Azərbaycanda yaşayan həmvətənlərinin 2011-ci ildə Rusiya dövlət təhsil ocaqlarında təhsil alması məqsədilə təqaüd proqramı elan edib. Rusiyanın Azərbaycandakı səfirliyindən APA-ya bildirilib ki, bu proqram tələbə, aspirant və magistr qismində təhsil almaq niyyətində olan şəxslərə şamil edilir. Təqaüdlər Rusiya Həmvətənləri Cəmiyyətlərinin üzvlərinə təqdim edilir. Ümumilikdə isə bununla bağlı 100-dən çox yerə müsabiqə elan edilib. Təhsil ocaqları arasında Moskva, Kazan, Volqoqrad və digər şəhərlərin ali təhsil müəssisələri var. Rusiyada təhsil almaq niyyətində olanlar 11-25 may tarixləri arasında sənədlərini Qəbul Komissiyasına təqdim etməlidirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR