Bank Of Baku

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi işçi qəbulu elan edib

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi işçi qəbulu elan edib
# 28 aprel 2011 10:03 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi qurumun Təcrübə-Sınaq Mərkəzi (AzTesT) ölçmə vasitələrinin kalibrlənməsi laboratoriyalarında vakant vəzifələrin tutulması üçün müsahibə elan edib.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, müsahibə elektrotexniki ölçmə vasitələrinin kalibrlənməsi laboratoriyası üçün mütəxəssis, radiotexniki və akustik ölçmə vasitələrinin kalibrlənməsi laboratoriyası üçün mütəxəssis, təzyiq və sərf ölçmə vasitələrinin kalibrlənməsi laboratoriyası üçün mütəxəssis, temperatur və həcm ölçmə vasitələrinin kalibrlənməsi laboratoriyası üçün mütəxəssis, fiziki-kimyəvi və defektoskopiya ölçmə vasitələrinin kalibrlənməsi laboratoriyası üçün mütəxəssis, qaz qarışıqları və qazanalizedici ölçmə vasitələrinin kalibrlənməsi laboratoriyası üçün mütəxəssis, kütlə ölçmə vasitələrinin kalibrlənməsi laboratoriyası üçün mütəxəssis vəzifələri üzrə elan edilib.

Müsahibəyə yalnız yuxarıda sadalanan laboratoriyalar üzrə ixtisaslı şəxslərin sənədləri qəbul olunur. Müsahibədə iştirak etmək üçün sənədlər Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) Kadrlar, hüquq və ümumi şöbəsində qəbul edilir. Müsahibədə ali təhsilli Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilər. Müsahibə üçün sənədlər 2011-ci il mayın 1-dən 30-dək, saat 10:00-dan 17:00-dək ( I-V günlər) Bakı şəhəri, Mərdanov qardaşları küçəsi 124 ünvanında qəbul olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR