Bank Of Baku

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi: “İşəgötürənin işçisinə sənəddə göstərdiyi vəsaitdən yüksək əmək haqqı verməsi cinayətdir”

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi: “İşəgötürənin işçisinə sənəddə göstərdiyi vəsaitdən yüksək əmək haqqı verməsi cinayətdir”
# 28 aprel 2011 11:46 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. “İşəgötürən işçisinə əmək haqqı kimi sənəddə göstərdiyi vəsaitdən əlavə olaraq hər ay 200 manat verirsə, bu, artıq cinayətdir”. “APA-Economics”in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Rauf Tağıyev bu gün Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş seminarda deyib.

Onun sözlərinə görə, hazırkı qanunvericilikdə respublika üzrə minimum əmək haqqı müəyyənləşdirilib: “Hər bir işəgötürən işçiyə minimum əmək haqqından aşağı əmək haqqı verə bilməz. Əgər bu, baş verərsə, Dövlət Əmək Müfəttişliyi Xidməti inzibati tədbir görə bilər”.

R.Tağıyev deyib ki, sənədlərdə əmək haqqının real, yəni yüksək göstərilməsi işçinin gələcək sosial təminatı üçün də mühüm rol oynayır. Əmək haqqı sənədlərdə yüksək göstərildiyi zaman işçinin gələcəkdə yüksək məbləğdə pensiya almaq şansı artır. Buna görə də işçilər özləri müqavilələrdə əmək haqqının yüksək qeyd edilməsində maraqlı olmalıdırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR