Bank Of Baku

Beynəlxalq ekspertlər azərbaycanlı iş adamlarına insanların sağlamlığına investisiya qoymağı təklif edir

Beynəlxalq ekspertlər azərbaycanlı iş adamlarına insanların sağlamlığına investisiya qoymağı təklif edir
# 28 aprel 2011 12:06 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. “Məhsuldarlığını artırmaq üçün müəssisələr insanların sağlamlığına da investisiya qoymalıdırlar. Bu, ilk növbədə istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin sayını azaldar. Şirkətlər bu sahəyə investisiya qoymasalar, bazar mühitində rəqabət də olmayacaq”. “APA-Economics”in məlumatına görə, bunu bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) “Əməyin təhlükəsizliyi və sağlamlığının idarəedilməsi sistemi: fasiləsiz təkmilləşdirmə yolları” mövzusunda keçirilən seminarda Dünya Bankı və ƏƏSMN-in “Dövlət Əmək Müfəttişliyi Xidmətinin potensialının artırlması” birgə layihəsinin rəhbəri Pol Huijzendveld deyib.

Onun sözlərinə görə, istehsalat mürəkkəbləşdikcə, əməyin mühafizəsi sisteminə ehtiyac artır: “Hər bir müəssisə istehsalatda və iş şəraitində bədbəxt hadisələrin baş verməsinin qarşısını almaq üçün öz siyasətini əvvəlcədən müəyyənləşdirməli, iş yerlərindəki mövcud risklər fəhlələrdən alınan məlumatlar əsasında qiymətləndirilməli, bunların əsasında da fəaliyyət planını hazırlamalıdır. Əməyin təhlükəsizliyi vəziyyətini qiymətləndirmək üçün Dövlət Əmək Müfəttişliyi Xidməti də mütəmadi olaraq yoxlamalar aparmalıdır”.

Avropa İttifaqının Tvininq layihəsinin direktoru Bernd Brükner isə qeyd edib ki, müəssisələrdə əməyin təhlükəsizliyinin təmini üçün sənədləşmə sistemi olmalı, mövcud təşkilatı struktur təkmilləşdirilməli, əməyin mühafizəsi üçün tələb olunan bütün proseslər və bu proseslərə cavabdeh şəxslər müəyyən edilməlidir. Bütün bu araşdırmalar apardıldıqdan sonra isə hər bir kəsin istifadə edə biləcəyi təlimat hazırlanmalıdır. Bu sənəd vaxtaşırı nəzərdən keçirilməlidir.

ƏƏSMN-in Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Rauf Tağıyev isə deyib ki, Azərbaycan bütün bu tövsiyələrə tədricən əməl edə bilər. R.Tağıyev Azərbaycanın əməyin təhlükəsizliyi sahəsində Almaniya təcrübəsini öyrənməyə üstünlük verdiyini də söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR