Bank Of Baku

Kitab Klubu uşaq kitabları ilə bağlı sorğu keçirib

Kitab Klubu uşaq kitabları ilə bağlı sorğu keçirib
# 28 aprel 2011 12:11 (UTC +04:00)
Bakı. Ülkər Qasımvoa – APA. Kitab Klubu uşaq kitabları ilə bağlı sorğu keçirib. Klubdan APA-ya verilən məlumata görə, sorğu 2010-cu ilin sonu, 2011-ci ilin əvvəlində fərdi müsahibə və elektron poçt vasitəsilə 504 respondent arasında aparılıb. Məlum olub ki, Azərbaycan vətəndaşlarının 88,6 faizi övladları üçün dərslikdən əlavə kitab alır. Sorğuda respondentlərə ünvanlanan “Kitab seçərkən birinci növbədə nəyi nəzərə alırsınız” sualına cavab olaraq valideynlərin övladlarına kitab seçərkən ilk növbədə mövzuya (31, 7%), daha sonra isə dilə (21, 9%) önəm verdikləri aşkarlanıb.
Məlum olub ki, bu gün valideynlər övladlarına daha çox Azərbaycan dilində kitablar alırlar. Valideynlər əsasən, 2-3 manat arasında satılan kitabları aldıqlarını qeyd ediblər.
Kitabların çapı, tərtibatı, mövzusu alıcıları qismən qane edib. Respondentlər mövcud uşaq kitablarının qiymətlərində razı qalmadıqlarını qeyd ediblər. Sorğu nəticəsində o da məlum olub ki, Azərbaycanın uşaq ədəbiyyatında vətənpərvərlik mövzusunda kitablar çatışmır.

“Dünya xalqlarının uşaq ədəbiyyatı seriyası buraxılması təklifinə münasibətiniz necədir” sualına isə respondentlərin 95,4 faizi müsbət cavab verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR