Bank Of Baku

Dövlət-din münasibətlərini tənzimləyən sənədlər toplusu çap olunub - FOTO

Dövlət-din münasibətlərini tənzimləyən sənədlər toplusu çap olunub - <font color=red>FOTO</font>
# 28 aprel 2011 13:20 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi müvafiq dövlət orqanlarının, dini qurumların, bu sahəyə aidiyyəti olan fiziki və hüquqi şəxslərin ölkədəki müvafiq qanunvericilik bazası ilə məlumatlandırılması, uyğun maarifləndirmə işinin gücləndirilməsi məqsədilə “Azərbaycan Respublikasında dövlət-din münasibətlərini tənzimləyən rəsmi sənədlər” adlı qanunvericilik toplusu nəşr etdirib. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müvafiq qanunvericiliyə aid bütün zəruri hüquq aktlarının və onlara edilmiş əlavələr və dəyişikliklərin öz əksini tapdığı kitab mütəxəssislər üçün vacib sənədlər toplusu olmaqla yanaşı, həm də sorğu-məlumat xarakteri daşıyır.
Topluda Azərbaycanın mülki, cinayət, inzibati xətalar, ailə və vergi məcəllələri üzrə müvafiq hissələri də yer alıb. Kitabdan istifadənin asanlaşdırılması məqsədilə normativ aktlar və sənədlər hüquqi bağlılıq üzrə tərtib olunub. Toplu hüquqşünaslar, müvafiq dövlət orqanlarının əməkdaşları, dini qurumların üzvləri, dindarlar, habelə din sahəsində fəaliyyət göstərən digər fiziki və hüquqi şəxslər üçün nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR