Azərbaycanda maqnit həyəcanlanması baş verən günlərdə təcili yardım stansiyalarına müraciətlərin sayı 15-20 faiz artıb - ARAŞDIRMA
Onun sözlərinə görə, günəşin səthində ləkələrin sayı artmaqda və günəş alışmaları baş verməkdədir: “Amma bu günəş alışmaları o qədər güclü olmur ki, böyük effekt yarada bilsin. Hazırda Günəş özünün 11 illik növbəti fəallıq dövrünün maksimumuna yaxınlaşıb. 2013-2014-cü illərdə Günəş özünün maksimumuna çatacaq. Adətən bu zaman Günəşin səthində ləkələrin sayı artır, alışmalar nisbətən çoxalır. Maksimuma yaxınlaşma zamanı alışmaların intensivliyi və gücü də çoxalacaq. Maksimumu keçdikdən sonra bütün bunlar azalacaq, növbəti minimuma çatacaq. Hazırda bu 11 illik aktiv siklin nömrəsi 24-dür. Günəş maksimuma çatandan sonra növbəti 25-ci siklə keçəcək”.
E. Babayev deyib ki, geomaqnit həyəcanına səbəb olan əsas faktorlar Günəşdəki tac dəliyindən gələn yüksək sürətli plazma selinin yerətrafı fəzaya çatması və yerin maqnit sahəsinin həyəcanlandırmasıdır: “Bir şeyi nəzərə almaq lazımdır ki, yaz aylarına xas olan meteoşəraitin şıltaqlıqları əksər hallarda kosmik havanın “kapriz”lərini üstələyir. Əksər insanlar bu effektləri nəinki bir-birindən ayıra bilmir, hətta bəzən birinin yerinə digərini günahlandırır. Söhbət ondan gedir ki, xüsusən də bizim en dairələrində meteoşəraitin dəyişmələri insanlara tez və daha çox təsir edir. Çünki son zamanlar atmosfer təzyiqində çox güclü dəyişmələr baş verir. Atmosfer təzyiqində sıçrayışlar, temperaturun dəyişməsi, küləklər, soyuq havaların hələ də davam etməsi insanlarda diskomfort hallarını çoxladır. Bunu kosmik hava ilə əlaqələndirmək səhvdir. İmpulsiv baş ağrıları və yaxud da halsızlıq elementlərini məhz geomaqnit həyəcanlanması ilə bağlamaq heç də həmişə düzgün deyil. Geomaqnit həyəcanlanması və əlverişsiz hava şəraiti üst-üstə düşürsə, mənfi effektlər daha çox olur”.
E. Babayev belə məlumatlar verərkən həkimləri və kütləvi informasiya vasitələrini ehtiyatlı olmağa çağırıb: “Xüsusən bizim həkimlər bu məsələdə daha da ehtiyatlı olmalıdırlar. Hər hansı bir sözü söyləyərkən elmi fikirlərə əsaslanmaq lazımdır. Risk qrupuna daxil olan insanlar həkimin məsləhəti ilə profilaktik tədbirlər görə bilər. İlk növbədə həkim bilməlidir ki, bu faktorlar kosmik hava ilə, yoxsa meteoşəraitlə bağlıdır. Bəzən televiziyalarda düzgün olmayan terminlərə və məsləhətlərə rast gəlmək olur. Kütlə üçün nəzərdə tutulmuş informasiyalar verərkən ifrat dərəcədə ehtiyatlı olmaq lazımdır. Biz daim KİV-ləri boş bir şeydən sensasiya yaratmamağa çağırırıq. Bunlar hamısı təbii proseslərdir. Belə məlumatların yayılması zamanı psixoloji amillər də diskomfort yarada bilər. Keçici halı şişirdib böyük bir mənfi proses kimi qələmə verəndə, insanlara təsir edir. Sağlam insanlara isə bütün bu proseslərin mənfi təsiri yoxdur. Sağlam insanlara meteoşərait də az təsir edir. İnsan Yer kürəsində yaşamağa başlayandan sonra həmişə bu təsirlərə məruz qalıb. Günəş yaşının yarısını, təqribən 4,5 milyard il yaşamasına baxmayaraq, onun səthində proseslər davam edir. Müasir texnologiyalar Günəşi daha yaxşı müşahidə etməyə və daha dəqiq informasiyalar verməyə imkan yaradır”.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 8 saylı yardımçı stansiyasının müdiri Nazim Hümbətov isə APA-ya bildirib ki, maqnit oyanıqlığı olan günlərdə təcili tibbi yardıma müraciət edən xəstələrin sayı çoxalır: “Maqnit aktivliyi olan günlərdə ürək-damar xəstəliklərinin, təzyiq xəstəliklərinin, bəzi nevroloji xəstəliklərin kəskinləşməsi artır. Keçən ilin müvafiq dövrü ilə əlaqədar təcili yardıma müraciətlərin sayında nəzərəçarpacaq artım var. Keçən illə müqayisədə çağırışların sayı 20 faizə qədər artıb. Maqnit oyanıqlığı ilə digər günlərin müqayisəsində də təcili yardıma edilən çağırışların sayında 15-20 faiz artım qeydə alınır. Belə günlərdə hər bir kəsdə müəyyən dəyişiklik baş verə bilir. Sadəcə orqanizmi dözümlü olan insanlarda bu, şikayət həddinə gəlib çatmır. Belə günlərdə orqanizminin özünümüdafiə funksiyası zəifləmiş olur, insanlarda halsızlıq, baş gicəllənmə, baş ağırları, qan təzyiqinin dəyişməsi, ürək fəaliyyətində pozğunluq, ürək ağrıları, müxtəlif nevroloji dəyişikliklər, sinir oyanıqlığının artması müşahidə olunur. Ən çox rast gəlinən hallar isə baş gicəllənmə, təzyiqin dəyişməsi, ürək fəaliyyətində dəyişikliklərdir. Müalicələrini müntəzəm aparmayan xroniki xəstələrdə bu hal özünü daha kəskin göstərir. Orqanizmin qoruyucu funksiyaları, adaptasiya qabiliyyəti güclü olan insanlarda bu təsir hiss olunmur. Buna görə də əlavə yardıma ehtiyac yaranmır”.
N. Hümbətovun sözlərinə görə, atmosfer təzyiqinin kəskin enib-qalxması da insanlarda ciddi narahatlıq yaradır: “Əslində insanların hamısı meteohəssasdır. Çünki insan təbiətlə vəhdətdədir, onunla bir yaranıb. Təbiətdə baş verən dəyişikliklər mütləq insan orqanizminə təsir edir. Sadəcə, müdafiə qabiliyyəti zəif olan insanlara meteoroloji faktorlar daha tez təsir edir. Bədən bu hava dəyişikliklərinə uyğunlaşa bilmədiyindən orqanizmdə fəsad yaranır. Normal orqanizmlərdə isə meteoroloji amillər fəsad yaratmır. Bədən özü-özünü tənzimləyir. Atmosfer təzyiqinin dəyişməsi insanlara günəş aktivliyindən daha çox təsir edir. Atmosfer təzyiqinin dəyişməsi bütün ürək xəstəliklərinin, qan təzyiqi xəstəliklərinin, bronxial asma xəstəliyinin fəsadlarının tezləşməsi deməkdir”.
Son zamanlar ölüm hallarının nəzərəçarpacaq dərəcədə artmadığını deyən N. Hümbətov belə günlərdə kiçik yaşlı uşaqlara, yaşlı adamlara və xroniki xəstələrə açıq havada az olmağı məsləhət görür: “Xroniki xəstələr, ürək xəstələri və təzyiqi olan şəxslər daim istifadə etdikləri dərmanları müntəzəm atmalıdırlar. Adi adamlar isə daha çox vitaminli qidalar qəbul etməli, bədənin müqavimətini qaldırılmalıdırlar. Onsuz da günəş aktivliyi orqanizmdə dəyişiklik yaradır. Digər hər hansı fiziki, zehni gərginlik orqanizmdə fəsada yol aça bilər”.
Sosial
Şahbaz Şərif: İslamabad razılaşma memorandumunun imzalanmasında Türkiyənin rolu böyükdür
FHN-in təşkil etdiyi ümumrespublika birinciliyinə yekun vurulub - FOTO - VİDEO
Uşaqların rəqəmsal təhlükəsizliyi dövlət siyasətinin əsas istiqamətlərindən biridir - RƏY
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti “açıq qapı günü” tədbiri keçirib
Xəbər Lenti
AZAL: Bu gün Naxçıvana reyslərin təxirə salınması nəzərdə tutulur
Tramp: ABŞ çox tezliklə Marsa pilotlu uçuş təşkil edə bilər
Xaçmazda zəlzələ olub
Venesuelada zəlzələ qurbanlarının sayı 2954-ə çatıb
Tramp fırtınaya baxmayaraq Vaşinqtondakı çıxışını ləğv etməyəcəyini açıqlayıb
İsrailin milli təhlükəsizlik naziri həbs olunmaq qorxusu ilə Nyu-York səfərini ləğv edib
Bu gün II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı təşkil ediləcək
Vaşinqtonda Müstəqillik Günü tədbirinin iştirakçıları fırtına səbəbilə təxliyə edilir
Tramp Avropanın üçüncü dünya ölkəsinə çevrildiyini bildirib
DÇ-2026: Fransa 1/4 finala yüksəlib
Zelenski Trampla söhbətdən sonra müharibəyə son qoymaq üçün real perspektiv olduğunu deyib
DÇ-2026: Mərakeş 1/4 finala yüksəlib
Putin və Tramp arasında telefon danışığı olub
Netanyahu: ABŞ və İsrail birlikdə olduqda azadlıq daha da güclənir
FHN əməkdaşları avtomobildə sıxılı vəziyyətdə qalan şəxsi xilas edib - VİDEO
Zəngilanda çayda boğulan şəxsin meyiti tapılıb - YENİLƏNİB
Qubada minik avtomobili yük avtomobilinə çırpılıb, iki nəfərin vəziyyəti ağırdır
Axios: Tramp Zelenski ilə telefon danışığı aparıb
İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 4303 nəfərə çatıb
Rusiyada baş vermiş qasırğa beş yaşlı qızın ölümünə səbəb olub
Tramp: Xameneinin dəfn mərasimində oradakı hamını məhv edə bilərik, amma o zaman danışıqlar aparacaq heç kim qalmayacaq
Ələt-Astara avtomobil yolunun kənarında açıq ərazidə yanğın baş verib - VİDEO
Tramp gələn həftə Netanyahu ilə Ağ Evdə görüşə biləcəklərini deyib
Uitkoff və Kuşner avqustun sonuna qədər Rusiyaya səfər edə bilər
Qazaxda maşın 67 yaşlı qadın piyadanı vurub
Lənkəranda magistralda açıq sahədə yanğın başlayıb
Şahbaz Şərif: İslamabad razılaşma memorandumunun imzalanmasında Türkiyənin rolu böyükdür
Ərdoğan: Türkiyə Pakistanla ticarət dövriyyəsini 5 milyard dollara çatdırmağı hədəfləyir
ABŞ-la İran nümayəndə heyətlərinin növbəti görüşünün tarixi və yeri məlum olub
Kişinyovdakı Rus Evi fəaliyyətini dayandırıb
Ermənistan Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrini qüvvədə saxlayıb
Ağdamda batan ata və iki övladının meyiti sudan çıxarılıb - YENİLƏNİB-2
İsmayıllıda maşın betona çırpılıb, 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb
İstanbul-Mineralnıye Vodı reysi qəza siqnalı verib, təyyarə geri qayıdıb
FHN-in təşkil etdiyi ümumrespublika birinciliyinə yekun vurulub - FOTO - VİDEO
Şuşaya dolu düşüb - FAKTİKİ HAVA
“The New York Times”: İran lideri danışıqların əleyhinə olub, Pezeşkian onu razı salıb
Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
Laçına dolu düşüb - FAKTİKİ HAVA
Cevdet Yılmaz: Pakistanın ABŞ-la İran arasında vasitəçi rolunu yüksək qiymətləndiririk
Kibertəhlükəsizlik dövlət siyasətinin prioritetinə çevrilir - TƏHLİL
Uşaqların rəqəmsal təhlükəsizliyi dövlət siyasətinin əsas istiqamətlərindən biridir - RƏY
Masazırda yük maşını yanıb - VİDEO
İmişlidə zəlzələ olub
Səfirlik: Heydər Əliyev Mərkəzinin ABŞ bayrağının rəngləri ilə işıqlandırılmasını minnətdarlıq hissi ilə qarşıladıq
Yasamalda evdə partlayış olub, 16 yaşlı yeniyetmə ölüb, 4 nəfər xəsarət alıb - YENİLƏNİB
Bakıda motosikletinin təmiri üçün eyni markalı motosikleti oğurlayan şəxs saxlanılıb
“The National Interest”də İran-ABŞ müharibəsi fonunda Azərbaycanın Orta Dəhlizin roluna təsirindən bəhs edilib
Sabahın hava proqnozu açıqlanıb
Gəncədə xəstəxanaya müayinəyə gələn qadın ölüb