Bank Of Baku

Azərbaycan ərazisində həftə sonu yağmursuz hava proqnozlaşdırılır

Azərbaycan ərazisində həftə sonu yağmursuz hava proqnozlaşdırılır
# 29 aprel 2011 09:29 (UTC +04:00)
Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, havanın temperaturu gecə 7-12, gündüz 16-21 dərəcə isti olacaq.

Mayın 1-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 8-12, gündüz 15-20 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında aprelin 30-da hava, əsasən, yağmursuz keçəcək. Gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11, gündüz 20-25, dağlarda gecə 2-6, gündüz 11-16 dərəcə isti olacaq.

Mayın 1-də hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Axşam qərb rayonlarından başlayaraq şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 6-11, gündüz 17-22, dağlarda gecə 1-4, gündüz 7-12 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR