Bank Of Baku

FHN Qubada “Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi” mövzusunda regional müşavirə keçirib

FHN Qubada “Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi” mövzusunda regional müşavirə keçirib
# 29 aprel 2011 09:47 (UTC +04:00)
Quba. Zaur Quliyev-APA. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Qubada “Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi” mövzusunda regional müşavirə keçirib. APA-nın bölgə müxbirinin verdiyi məlumata görə, müşavirədə FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovniki Hikmət Xudiyev taxıl yığımına və ot tədarükünə hazırlıq, dənli bitkilərin yetişmə eləcədə yığımı dövründə yanğın təhlükəsizliyi ilə əlaqədar qarşıda duran vəzifələr haqqında çıxış edib. Zona müşavirəsində həmçinin 2010-cu ildə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə baş vermiş yanğın hadisələri təhlil edilib, onların səbəbləri açıqlanıb. Müşavirədən sonra təsərrüfatlarda yanğın təhlükəsizliyi ilə əlaqədar texnikaların vəziyyətinə baxış keçirilib, müvafiq maarifləndirmə işləri aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR