Bank Of Baku

Təhsil naziri ali məktəblərdə dövlət imtahanının ləğvi ilə bağlı məsələyə aydınlıq gətirib

Təhsil naziri ali məktəblərdə dövlət imtahanının ləğvi ilə bağlı məsələyə aydınlıq gətirib
# 29 aprel 2011 09:47 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın təhsil naziri Misir Mərdanov Azərbaycan Dövlət Dillər Universitetində (ADDU) dövlət imtahanı və buraxılış işinin tamamilə ləğv olunması barədə məlumatlara münasibət bildirərkən deyib. Bu yeniliyin mətbuatda düzgün formada təqdim olunmadığını söyləyən nazir bəyan edib ki, nəzərdə tutduqları yenilik - tələb olunan krediti əvvəlcədən toplayan tələbələrə diplomun imtahansız verilməsi ilk olaraq ADDU-da tətbiq ediləcək.

M. Mərdanov orta məktəbi qızıl və gümüş medallarla bitirəcək şagirdlərin buraxılış imtahanlarından azad edilməyəcəyini də söyləyib: “Buraxılış imtahanları keçirildikdən sonra qızıl, gümüş alanların siyahısı bəlli olur. Bu halda onları buraxılış imtahanından azad etmək olmaz. Belə məzunlara üçün hələlik ciddi güzəştlər də nəzərdə tutulmayıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR