Bank Of Baku

Lənkəran ABŞ-ın Monterey şəhəri ilə qardaşlaşıb

Lənkəran ABŞ-ın Monterey şəhəri ilə qardaşlaşıb
# 27 iyun 2011 16:22 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Azərbaycanın Lənkəran şəhəri ilə ABŞ-ın Kaliforniya ştatının Monterey şəhəri qardaşlaşıb. Bu barədə APA-nın cənub bürosuna Lənkəran Şəhər İcra Hakimiyyəti aparatının İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Əlimərdan Əliyev məlumat verib.
Ə. Əliyev İH başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini Səmədağa Abdullayevlə birlikdə ötən həftə ABŞ-da səfərdə olduqlarını deyib. Səfər zamanı Monterey şəhəri ilə Lənkəranın qardaşlaşması barədə saziş imzalanıb. Mərasimə Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov da qatılıb. Ə. Əliyev səfər müddətində daha çox turizm və təhsil sahələri ilə maraqlandıqlarını söyləyib: “Biz qardaşlaşdığımız Monterey şəhərində görüb-götürdüklərimizi öz doğma şəhərimizdə tətbiq etməyə çalışacağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR