Bank Of Baku

AMEA Geologiya İnstitutunda “Azərbaycanda geokimya elminin inkişafı” mövzusunda elmi sessiya keçirilib

AMEA Geologiya İnstitutunda “Azərbaycanda geokimya elminin inkişafı” mövzusunda elmi sessiya keçirilib
# 28 iyun 2011 09:54 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunda “Azərbaycanda geokimya elminin inkişafı” mövzusunda elmi sessiya keçirilib. APA-nın məlumatına görə, tədbir Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinə və 2011-ci ilin Birləşmiş Millətlər Təşkilatı tərəfindən “Beynəlxalq kimya ili” elan olunmasına həsr olunub. Tədbirdə çıxış edən institutun direktoru Akif Əlizadə bildirib ki, son 20 ildə Azərbaycan alimləri geokimya elminin inkişafında mühüm uğurlar əldə ediblər. Ötən müddət ərzində institutun alimləri Azərbaycanda filiz, neft-qaz yataqlarının, palçıq vulkanlarının öyrənilməsi istiqamətində çoxsaylı araşdırmalar aparıblar. A. Əlizadə deyib ki, Azərbaycanda geokimya elmi hələ sovet dövründən inkişaf edib. Lakin ötən əsrin 90-cı illərinin əvvəlindən başlayaraq Cənubi Xəzər çökəkliyinin öyrənilməsində müasir metodlar tətbiq edilməyə başlayıb. Hazırda institutun alimləri “2007-2014-cü illər ərzində Cənubi Xəzər çökəkliyinin Azərbaycan hissəsinin karbohidrogen potensialının və geodinamikasının öyrənilməsi Proqramı”nın icrasında iştirak edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR