Bank Of Baku

Belarusda siqaretin qiyməti ay ərzində ikinci dəfə kəskin artıb

Belarusda siqaretin qiyməti ay ərzində ikinci dəfə kəskin artıb
# 28 iyun 2011 09:54 (UTC +04:00)
Bakı - APA-Economics. Belarus hökuməti bu ay ərzində ikinci dəfədir siqaretin qiymətinin kəskin artırılmasına qərar verib. “APA-Economics”in “RİA Novosti”yə istinadən xəbərinə görə, müxtəlif siqaret markaları üzrə qiymət artımı 0,7%-90% təşkil edib.

Artım ölkədə istehsal olunan 68 markaya, eləcə də idxal olunan 29 markaya şamil edilib. Bu gün ən populyar siqaretlərin qiyməti 25-27% artıb. Populyar qadın siqaretləri 90%, idxal olunan siqaretlər isə 25% bahalaşıb. Hazırda Belarusda yaxşı siqaretin bir qutusu 2 dollardır.

Qeyd edək ki, bu il iyunun 8-də Belarusda siqaretlər orta hesabla 8% bahalaşmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR