Bank Of Baku

Azərbaycanda Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avrasiya regionu üzrə Əlaqələndirmə Mərkəzi açılıb

Azərbaycanda Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avrasiya regionu üzrə Əlaqələndirmə Mərkəzi açılıb
# 28 iyun 2011 11:07 (UTC +04:00)
Bakı - APA-Economics. Bu gün Azərbaycan Dövlət Sosial Müdafiə Fondunda (DSMF) Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avrasiya regionu üzrə Əlaqələndirmə Mərkəzinin rəsmi açılış mərasimi keçirilib.

APA-Economics”in xəbərinə görə, mərasimdə Azərbaycan baş nazirinin müavini Elçin Əfəndiyev, BSTA-nın baş katibi Hans-Horst Konkolevski, BSTA-nın Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin sədri Zbiqnev Derdzyuk, DSMF sədri Səlim Müslümov, BSTA-nın Nəzarət Komissiyasının üzvü, Milli Sosial Sığorta Kassasının prezidenti xanım Mariya Borta və digər şəxslər iştirak ediblər.

Tədbirdə bildirilib ki, Bakıda belə bir mərkəzin açılması ölkəmizin sığorta-pensiya sahəsində əldə etdiyi nailiyyətlərin, bu sahədəki islahatçı imicinin və yüksək beynəlxalq nüfuzunun əyani göstəricisidir. Regional mərkəzin yaradılmasında əsas məqsəd BSTA ilə Avrasiya regionunda fəaliyyət göstərən sosial müdafiə, pensiya təşkilatları arasında əlaqələrin keyfiyyətcə daha yüksək səviyyəyə qaldırılmasıdır. Bundan başqa, Əlaqələndirmə Mərkəzi vasitəsilə BSTA-ya üzv olan təşkilatlara milli sığorta-pensiya sistemlərinin təkmilləşdirilməsində iqtisadi sabitlik, sosial siyasət, texnoloji inkişaf, səmərəli idarəetmə və digər mühüm istiqamətlər üzrə məsləhətlər veriləcək, fikir və təcrübə mübadiləsi, təlim və ekspert rəyi səviyyəsində dəstək göstəriləcəkdir.

BSTA-nın Baş Katibi Hans-Horst Konkolevski Avrasiya regionunun BSTA üçün önəmini vurğulayıb və Avrasiya regionu üzrə ölkələrin müvafiq qurumlarının əlaqələndirilməsi funksiyalarının DSMF tərəfindən həyata keçirilməsini yüksək qiymətləndirdiyini bildirib.

Xatırladaq ki, Azərbaycanın sığorta-pensiya modelinin nüfuzlu beynəlxalq təşkilatlar və maliyyə institutları tərəfindən yüksək qiymətləndirilməsinin nəticəsi kimi ölkəmiz BSTA-nın büro üzvü, eyni zamanda inkişaf etmiş Avropa ölkələri ilə bir sırada Assosiasiyanın Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvüdür. Azərbaycan Assosiasiya çərçivəsində yüksək səviyyədə müvafiq qərarların qəbul edilməsində xüsusi rola malikdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR