Bank Of Baku

Dövlət Baytarlıq Xidmətinin rəisi: “Avropada ət məhsulları ilə bağlı yaranan virus təhlükəsi Azərbaycan üçün ciddi problem deyil”

Dövlət Baytarlıq Xidmətinin rəisi: “Avropada ət məhsulları ilə bağlı yaranan virus təhlükəsi Azərbaycan üçün ciddi problem deyil”
# 28 iyun 2011 11:56 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi Siyalə Rüstəmova jurnalistlərə açıqlamasında bildirib.

S. Rüstəmova deyib ki, Avropada ət məhsulları ilə bağlı yaranan virus təhlükəsi Azərbaycan üçün ciddi problem deyil.

Onun sözlərinə görə, Azərbaycana ət əsasən Hindistandan gətirilir. Bu ölkədən gətirilən ət respublikanın baytarlıq laboratoriyalarında yoxlanılır.

Qeyd edək ki, Avropada insan ölümünə səbəb olmuş bağırsaq infeksiyasının mənbəyinin ət məhsulları ola biləcəyi barədə də ehtimallar var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR