Bank Of Baku

Azərbaycanda hündür binaların və strateji tikinti obyektlərinin seysmodayanıqlığının dəyişməsinin gizli dövrünün monitorinqinin nəzəri əsasları hazırlanıb

Azərbaycanda hündür binaların və strateji tikinti obyektlərinin seysmodayanıqlığının dəyişməsinin gizli dövrünün monitorinqinin nəzəri əsasları hazırlanıb
# 28 iyun 2011 12:10 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kibernetika İnstitutu hündür binaların və strateji tikinti obyektlərinin seysmodayanıqlıqlarının dəyişməsinin gizli dövrünün monitorinq edilməsinin nəzəri əsaslarını hazırlayıb. Bu barədə APA-ya institutun direktoru Telman Əliyev məlumat verib. Onun sözlərinə görə, hazırlanan yeni layihə əsasında Bakı şəhərinin hündür binalarının seysmodayanıqlıqlarının küy analizi əsasında işləyən paylanmış intellektual, monitorinq sistemini təşkil etmək mümkündür: “Biz hündür binaların zəlzələ zamanı sesymodayanıqlığının dəyişib-dəyişmədiyimi monitorinq edə bilərik. Sistem hər bir binanın texniki vəziyyətinin dəyişməsini mütəmadi monitorinq edərək, onların qəza vəziyyətlərinə keçməsinin gizli dövrü, sürüşmə prosesi, qaz sızması, qısa qapanma, yanğın, liftdə qəza və digər qəzaların başlanması barəsində monitorinq mərkəzinə uyğun siqnalların göndərilməsini təmin edir. Layihə Azərbaycan Nazirlər Kabinetinə, Fövqəladə Hallar Nazirliyinə və İqtisadi İnkişaf Nazirliyinə təqdim edilib. Lakin hələlik bunun həyata keçirilməsi müzakirə ərəfəsindədir”.

T. Əliyevin sözlərinə görə, Bakının seysmik zonada yerləşməsi belə layihənin həyata keçirilməsini zəruri edir: “Bakıda ildə bir neçə dəfə az güclü zəlzələlər olur. Hər bir zəlzələdən sonra binaların seysmodayanıqlığı dəyişə bilər. Bu o deməkdir ki, hər zəlzələdən sonra hündür binaların sesymodayanıqlığının dəyişib dəyişmədiyini bilmək lazımdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR