Bank Of Baku

ABŞ-ın maliyyə yardımı ilə Azərbaycanda heyvanlarda xəstəliklərin monitorinqini aparan iki laboratoriyanın açılışı olub

ABŞ-ın maliyyə yardımı ilə Azərbaycanda heyvanlarda xəstəliklərin monitorinqini aparan iki laboratoriyanın açılışı olub
# 28 iyun 2011 12:12 (UTC +04:00)
APA-nın xəbərinə görə, hər iki laboratoriyanın açılış mərasimində çıxış edən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) rəisi Siyalə Rüstəmova laboratoriyaların inşasına 2 milyon ABŞ dollarından çox vəsait sərf olunduğunu deyib və bu vəsaitin bioloji əməkdaşlıq proqramı vasitəsilə ABŞ hökuməti tərəfindən maliyyələşdirildiyini deyib. S. Rüstəmova qeyd edib ki, laboratoriyaların hər birində 10-15 şəxs işləyəcək. Onun sözlərinə görə, müəssisələr müasir diaqnostika avadanlıqlarla ilə təchiz olunub.

ABŞ-ın Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyinin icraçı direktoru Ronni Fearklos deyib ki, laboratoriyaların istifadəyə verilməsi nəticəsində Azərbaycanda təhlükəli viruslarla mübariz aparılması mümkün olacaq: “Məqsədimiz qlobal düşmən olan xüsusi təhlükəli patogenlərə qarşı mübarizə aparmaqdan ibarətdir”.

Açılış mərasimlərində adı çəkilən rayonların icra hakimiyyətlərinin nümayəndələri də çıxış edərək yaradılan laboratoriyaların bölgə üçün əhəmiyyətini vurğulayıblar.

Qeyd edək ki, Azərbaycanda daha 8 analoji laboratoriya istifadəyə veriləcək. Hər laboratoriya 5 rayonu əhatə edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR