Bank Of Baku

Səlim Müslümov: “İyulun sonunadək pensiyaçıların 90 faizinə qədərinin pensiya işləri elektron bazada olan məlumatlarla üzləşdiriləcək”

Səlim Müslümov: “İyulun sonunadək pensiyaçıların 90 faizinə qədərinin pensiya işləri elektron bazada olan məlumatlarla üzləşdiriləcək”
# 28 iyun 2011 14:24 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı – APA-Economics. İyul ayının sonunadək ölkə üzrə bütün pensiyaçıların 90 faizinə qədərinin pensiya işlərinə baxılması və oradakı məlumatların elektron bazadakı məlumatlarla uzlaşdırılması mümkün olacaq. “APA-Economics”-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov deyib. O bildirib ki, qalan 10 faiz pensiyaçının artırılmış pensiyaları bazadakı məlumatlar əsasında ödəniləcək: “Əgər baza ilə həmin 10 faizin pensiya işləri arasında fərqlər aşkarlanarsa, bu fərqləri aradan qaldırıb, əlavələr olsa, onların da pensiyaçılara ödənişini avqustda təmin edəcəyik”.

Artıq Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyaçıların pensiya işlərinin elektron bazada olan məlumatlarla uzlaşdırılması prosesinin başa çatdığını xatırladan S. Müslümov qeyd edib ki, hazırda bu proses ölkənin digər şəhər və rayonlarında həyata keçirilir: “Texniki proses davam edir. Hesab edirəm ki, proses qrafik üzrə yekunlaşacaq”.

Nazir məlumatların uzlaşdırılması prosesində o qədər də fərqin meydana çıxmadığını vurğulayıb: “İlkin nəticələr göstərir ki, fərqlər ikili istiqamətdədir. Yəni vaxtilə bazaya artıq daxil edilən məlumatlar da, əksik daxil edilən məlumatlar da var. Ona görə də ümumi baxdıqda hələlik o qədər də böyük fərq ortaya çıxmır. Bundan sonra ikinci mərhələ başlayacaq. Vaxtilə əmək stajları barədə öz pensiya işlərinə sənəd əlavə etməyən pensiyaçılar var. İkinci mərhələdə belə hallarla bağlı məlumatlar pensiyaçılardan qəbul ediləcək və onlar nəzərə alınacaq. Bu haqda yerli orqanlara göstərişlər verilib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR