Bank Of Baku

DSMF “Sosial sığorta haqqında” qanunda dəyişikliklərin edilməsi ilə bağlı təkliflər hazırlayıb

DSMF “Sosial sığorta haqqında” qanunda dəyişikliklərin edilməsi ilə bağlı təkliflər hazırlayıb
# 28 iyun 2011 14:55 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Dövlət Sosial Müdafiə Fondu (DSMF) “Sosial sığorta haqqında” qanunda dəyişikliklərin edilməsi ilə bağlı təkliflər hazırlayıb. APA-nın məlumatına görə, bu haqda jurnalistlərə DSMF sədri Səlim Müslümov bildirib. S. Müslümov sözlərinə görə, təkliflər Azərbaycanda fəaliyyətdə olan əcnəbi miqrantlarla bağlıdır: “İstəyirik ki, xarici vətəndaşların ödədikləri sosial sığorta haqları tam məbləğdə onların fərdi şəxsi hesablarına getsin. Yəni onlar müxtəlif müavinətlərdən, əmək qabiliyyətinin müvəqqəti itirilməsi, analıq məzuniyyətinə görə və sair müavinətlərdən istifadə etdikdə həmin müavinətlərin məbləği qədər onların fərdi hesablarında toplanan məbləğ azaldılsın. Sabah onların bizdən pensiya tələb etmək hüququ ortaya çıxanda, hesablarına qoyulan məbləğ 144-ə bölünəcək və onlara ancaq bu məbləğ ödəniləcək”. S. Müslümov bildirib ki, bu dəyişikliyin edilməsi vacibdir: “Qeyd edim ki, Azərbaycan vətəndaşları üçün ödənilən sosial sığorta haqlarının 50 faizə qədəri fərdi hesablara yazılır. 50 faizi isə baza hissəsinin və müxtəlif müavinətlərin maliyyələşdirilməsində istifadə olunur. Baza hissəsinin böyük bir hissəsi isə dövlət büdcəsindən maliyyələşdirilir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR