Bank Of Baku

Azərbaycanın Dövlət Sosial Müdafiə Fondu ilə Moldovanın Milli Sosial Sığorta Kassası arasında saziş imzalanacaq

Azərbaycanın Dövlət Sosial Müdafiə Fondu ilə Moldovanın Milli Sosial Sığorta Kassası arasında saziş imzalanacaq
# 28 iyun 2011 15:14 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı – APA-Economics. Azərbaycanın Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilə Moldovanın Milli Sosial Sığorta Kassası arasında qarşılıqlı kömək haqqında saziş imzalanacaq. “APA-Economics”-in məlumatına görə, bu haqda jurnalistlərə məlumat verən DSMF sədri Səlim Müslümov bildirib ki, iyunun 29-da imzalanacaq müqaviləyə əsasən, Moldovada və yaxud Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olan miqrantların əmək stajları eyni hesab ediləcək.

S. Müslümovun sözlərinə görə, fond artıq Ukrayna, Polşa, Almaniya ilə bu cür müqavilələr bağlayıb. Fond sədri qeyd edib ki, bu müqavilədən sonra Moldova ilə Azərbaycan arasında pensiya hüququnun qarşılıqlı tanınması sazişi də imzalanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR