Bank Of Baku

Bakıda “Qız Qalası” İkinci Beynəlxalq İncəsənət Festivalı keçiriləcək

Bakıda “Qız Qalası” İkinci Beynəlxalq İncəsənət Festivalı keçiriləcək
# 28 iyun 2011 15:22 (UTC +04:00)
Bakı-APA. İyunun 29-da Bakıda “Qız Qalası” İkinci Beynəlxalq İncəsənət Festivalı başlayacaq. Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən APA-ya verilən məlumata görə, dünyanın 20 ölkəsindən gələn rəssamlar şəhərin rəmzi olan Qız Qalasının maketini öz milli üslublarına uyğun olaraq müxtəlif naxışlarla və rəsmlərlə bəzəyəcəklər. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov deyib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Müasir İncəsənət Muzeyi, Qız Qalası Rəsm Qalereyası və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən ikinci dəfə keçirilən Festival artıq ənənə halını alıb: “Festivalın məqsədi xarici rəssamları Azərbaycan mədəniyyəti və incəsənəti ilə yaxından tanış etməklə yanaşı, Qız Qalasını dünyada təbliğ etməkdir. Bunun üçün festivaldan sonra üzərində rəsmlər çəkilmiş Qız Qalası maketlərini ölkəmizin regionlarında və Avropa şəhərlərində sərgiləməyi nəzərdə tutmuşuq”.
Qeyd edək ki, “Qız Qalası” İkinci Beynəlxalq İncəsənət Festivalı sabah saat 14:00-da Qız Qalasının qarşısındakı meydanda baş tutacaq. Rəssamlar açıq havada Qız Qalası maketini tamaşaçıların gözü qarşısında sənət əsərinə çevirəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR