Bank Of Baku

Bakıda “Əmək Miqrantlarının Sosial Müdafiəsi və Qloballaşma” mövzusunda seminar keçirilir

Bakıda “Əmək Miqrantlarının Sosial Müdafiəsi və Qloballaşma” mövzusunda seminar keçirilir
# 28 iyun 2011 15:45 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA-Economics. Bu gün Bakıda “Əmək Miqrantlarının Sosial Müdafiəsi və Qloballaşma” mövzusunda ikigünlük beynəlxalq texniki seminar öz işinə başlayıb. “APA-Economics”in məlumatına görə, Dövlət Sosial Müdafiə Fondunun (DSMF), Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) və Beynəlxalq Pensiya və Sığorta Fondları Assosiasiyasının (BPSFA) birgə təşkilatçılığı ilə baş tutan seminarda Almaniya, Rusiya, Hollandiya, Albaniya, Polşa, Moldova, Qazaxıstan, Tacikistan, İspaniya, İsveç və sair ölkələrin sığorta-pensiya fondlarının rəhbər şəxsləri iştirak edir. Bundan başqa, seminara Qeyri-Dövlət Pensiya Fondları Milli Assosiasiyasının, Beynəlxalq Əmək Təşkilatının və bir sıra nüfuzlu qurumların nümayəndələri qatılıb.

Seminarda çıxış edən Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirib ki, son vaxtlar insanların müxtəlif ölkələr üzrə yerdəyişməsi artıb və bu proses əmək miqrantlarının sayının artmasına səbəb olub. Fond sədrinin sözlərinə görə, miqrantların sosial müdafiə problemləri qlobal məsələyə çevrilib və bu problemlərin həlli istiqamətində ölkələr tərəfindən təbdirlər görülür. Azərbaycanda da bu sahədə mühüm addımlar atılır.

Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov isə qeyd edib ki, 90-cı illərlə müqayisədə Azərbaycandan xarici ölkələrə miqrasiya edən Azərbaycan vətəndaşlarının sayı azalıb. Azərbaycanda isə xarici ölkələrdən gələn əmək miqrantlarının sayı artıb. A. Rəhimov ölkədə fəaliyyət göstərən əcnəbi əmək miqrantlarının sosial təminatı sahəsində görülən işlər haqqında məlumat verib.

Tədbirdə Moldovanın Milli Sosial Sığorta Kassasının prezidenti Mariya Borta da çıxış edib. MDB ölkələrində fəaliyyət göstərən əmək miqrantlarının vəziyyətləri ilə bağlı məlumat verən M. Borta bildirib ki, onlar üçün ən cəlbedici ölkə Rusiyadır. Qeyri-rəsmi məlumatlara görə, Rusiyada 10 milyon nəfərədək əmək miqrantı var. Qonaq onu da qeyd edib ki, xarici ölkələrdə işləmək üçün Ermənistanı tərk edənlərin sayı artır: “2010-cu ildə Ermənistanı tərk edənlərin sayı gələnlərdən 38,7 faiz, yəni 65 min nəfər çox olub”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR