Bank Of Baku

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri qızıl və gümüş medal alan məzunlarla görüşüb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri qızıl və gümüş medal alan məzunlarla görüşüb
# 28 iyun 2011 15:56 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Nailə Rzaquliyeva bu gün tam orta təhsil səviyyəsi üzrə qızıl və gümüş medalla təltif edilən məzunlarla görüşüb. BŞTİ-dən APA-ya verilən məlumata görə, N. Rzaquliyeva təhsil nazirinin əmri ilə 13 qızıl və 5 gümüş medala layiq görülən Bakının təhsil müəssisələrinin məzunlarını təbrik edib. O, Azərbaycan təhsil tarixində qızıl və gümüş medalların bərpa olunmasını mühüm addım kimi dəyərləndirib: “Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrinin 18 məzununun qızıl və gümüş medalla təltif olunması böyük uğurdur. Bu Azərbaycanın müstəqilliyinin 20-ci ildönümünə ən böyük töhfələrdən biridir. Bu uğurlar inamla söyləməyə əsas verir ki, ölkəmizin gələcəyi etibarlı əllərdədir”.
N. Rzaquliyeva bu il ilk dəfə olaraq məzunlar üçün “Məzun gecəsi”nin keçiriləcəyi barədə də məlumat verib. Məzunlar onlara göstərilən etimadı gələcək təhsil həyatlarında da doğruldacaqlarını bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR