Bank Of Baku

Moskva Dövlət Universitetinin Bakı Filialı 2011-2012-ci tədris ili üçün tələbə qəbulu elan edib

Moskva Dövlət Universitetinin Bakı Filialı 2011-2012-ci tədris ili üçün tələbə qəbulu elan edib
# 29 iyun 2011 06:59 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tələbə qəbulu elanı filologiya (25 yer), tətbiqi riyaziyyat (25 yer), kimya (25 yer), psixologiya (25 yer) ixtisasları üzrə verilib. Moskva Dövlət Universitetinin yaratdığı qəbul komissiyası tərəfindən aparılan qəbul imtahanlarında yalnız TQDK-nın keçirdiyi test imtahanlarında 300 və daha artıq bal toplayan abituriyentlər iştirak edə bilərlər.

Qəbul imtahanlarında iştirak etmək istəyənlər iyulun 6-dan 25-dək universitetin qəbul komissiyasına TQDK-nın “ödəmə kartı”nı, orta təhsil haqqında sənədin əslini, şəxsiyyət vəsiqəsini, 3x4 sm ölçüdə 8 ədəd fotoşəkil təqdim etməlidirlər. Müsabiqə MDU-nun yaratdığı qəbul komissiyasının keçirdiyi imtahanların nəticələri əsasında aparılacaq. MDU-nun Bakı Filialına sınaqlardan keçməyən abituriyentlər heç bir məhdudiyyət qoyulmadan TQDK tərəfindən digər ali təhsil müəssisələrinə keçirilən müsabiqədə iştirak edə bilərlər.

Filialın tədris fəaliyyəti MDU-nun tədris plan və proqramları əsasında həyata keçirilir, tədrisdə müasir texnologiya və metodlardan istifadə olunur. Təhsil aldıqları müddətdə fərqlənən tələbələr yuxarı kurslarda MDU-da təhsil almaq imkanı əldə edəcəklər.
MDU-nun Bakı filialına qəbul imtahanları isə iyulun 26-dan avqustun 1-dək keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR