Bank Of Baku

Qarşıdakı beş ildə Azərbaycanda islahatlar aparılacaq sahələrin adı açıqlanıb

Qarşıdakı beş ildə Azərbaycanda islahatlar aparılacaq sahələrin adı açıqlanıb
# 29 iyun 2011 08:18 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Prezident İlham Əliyev “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə 2011-2015-ci illər üzrə Tədbirlər Planını təsdiqləyib.

«APA-Economics»in məlumatına görə, Tədbirlər Planı ölkə iqtisadiyyatının bütün sahələri - sənaye, kənd təsərrüfatı, turizmin inkişafı, maliyyə bazarları, büdcə-vergi və investisiya siyasəti üzrə tədbirlər əksini tapıb.

Sənəddə məşğulluq siyasəti, əhalinin sosial müdafiəsi, təhsil, səhiyyə sahəsində islahatlar, ekologiya, mədəniyyət, gender və uşaq gənclər siyasəti ilə bağlı görüləcək işlər dəqiqləşdirilib. Dövlət proqramında dövlət qulluğu, məhkəmə-hüquq islahatları, bələdiyyə və QHT-lərlə bağlı siyasət, digər sahələrə aid konkret tədbirlər əksini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR