Bank Of Baku

Azərbaycan ərazisində hava qeyri-sabit keçəcək, bəzi yerlərdə temperatur 38 dərəcəyə çatacaq, bəzi yerlərdə isə leysan və dolu gözlənilir

Azərbaycan ərazisində hava qeyri-sabit keçəcək, bəzi yerlərdə temperatur 38 dərəcəyə çatacaq, bəzi yerlərdə isə leysan və dolu gözlənilir
# 29 iyun 2011 08:50 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, havanın temperaturu gecə 19-23, gündüz 32-37, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24 dərəcə isti olacaq.

İyulun 1-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 18-23, gündüz 25-30 dərəcə isti olacaq .

Azərbaycanın rayonlarında iyunun 30-da hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 19-24, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 23-28 dərəcə isti olacaq.

İyulun 1-də gün ərzində hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, leysan xarakterli qısamüddətli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Mülayim şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23, gündüz 30-35, dağlarda gecə 9-14, gündüz 19-24 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR