Bank Of Baku

Azərbaycanın baş naziri Beynəlxalq Sosial Təminat Assosiasiyasının baş katibini qəbul edib

Azərbaycanın baş naziri Beynəlxalq Sosial Təminat Assosiasiyasının baş katibini qəbul edib
# 29 iyun 2011 08:54 (UTC +04:00)
Bakı. APA-Economics. Azərbaycanın baş naziri Artur Rasi-zadə Dövlət Sosial Müdafiə Fondunun (DSMF), Beynəlxalq Sosial Təminat Assosiasiyasının və Beynəlxalq Pensiya və Sığorta Fondları Assosiasiyasının birgə təşkilatçılığı ilə “Əmək miqrantlarının sosial müdafiəsi və qloballaşma” mövzusunda beynəlxalq seminarda iştirak etmək üçün Bakıya gəlmiş Beynəlxalq Sosial Təminat Assosiasiyasının baş katibi Hans-Horst Konkolevskini qəbul edib.

Qəbulda Bakıda Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avrasiya regionu üzrə əlaqələndirmə Mərkəzinin açılmasını yüksək qiymətləndirən qonaq bu faktın ölkəmizdə sosial məsələlərə xüsusi diqqət yetirildiyinə daha bir sübut olduğunu nəzərə çatdırıb. Qeyd olunub ki, həmin regional mərkəz dünyanın bir çox sosial müdafiə qurumları arasında əlaqələrin daha da yaxşılaşdırılması, məlumatlara birbaşa çıxışın əldə edilməsi, sosial müdafiə sistemlərinin beynəlxalq təcrübədən yararlanması baxımından ölkəmiz üçün də səmərəli olacaq.

Daha sonra bildirilib ki, Almaniya, Rusiya, Hollandiya, Albaniya, Polşa, Moldova, Qazaxıstan, Tacikistan, İspaniya, İsveç və b. ölkələrin sığorta-pensiya fondlarının rəhbər şəxslərinin, habelə bir sıra nüfuzlu qurumların nümayəndələrinin iştirakı ilə iki gün davam edəcək beynəlxalq tədbirdə dünya üzrə sosial təminatın əhatə dairəsinin genişləndirilməsi, Avrasiyada miqrantların sosial müdafiəsi, əmək miqrantlarının hüquqlarının qorunması üçün məqbul modellərin tapılması və s. məsələlər ətrafında müzakirələr aparılacaq.

DSMF sədri Səlim Müslümovun da iştirak etdiyi görüşdə tərəfləri maraqlandıran bəzi məsələlərə dair fikir mübadiləsi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR