Bank Of Baku

Səlim Müslümov: “Azərbaycandan xarici ölkələrə miqrasiya edənlərin sayı kəskin azalır”

Səlim Müslümov: “Azərbaycandan xarici ölkələrə miqrasiya edənlərin sayı kəskin azalır”
# 29 iyun 2011 09:01 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirib. S. Müslümovun sözlərinə görə, 1994-cü ildə Azərbaycandan gedənlərin sayı 342 min nəfər, gələnlərin sayı isə 211 min nəfər olub. İmmiqrasiya fərqi 130,8 min nəfər təşkil edib: “1995-1999-cu illərdə ölkədən gedənlər 65 min, gələnlər isə 30 min nəfər olub, 35 min nəfər immiqrasiya fərqi yaranıb. 2000-2004-cü illərdə Azərbaycandan gedənlərin sayı 28 min, gələnlərin sayı 13 min nəfər, immiqrasiya fərqi 15 min nəfər olub. 2005-2009-cu illərdə ölkəmizdən gedənlər 12,5 min, gələnlər isə 12 min nəfər olub ki, nəticədə 400 nəfər immiqrasiya fərqi yaranıb. 2008-2009-cu illərdə isə 2 min nəfər immiqrasiya fərqi qeydə alınıb”.

S. Müslümov bildirib ki, bu rəqəmlər insanların ölkələr və regionlar üzrə yerdəyişməsinin daha çox iqtisadi amillərlə bağlı olduğunu sübut edir. Burada dövlətlər arasında münaqişələrin, təbii fəlakətlərin və s. problemlərin də rolu var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR