Bank Of Baku

Azərbaycanda 100 min nəfərə yaxın əmək miqrantı var

Azərbaycanda 100 min nəfərə yaxın əmək miqrantı var
# 29 iyun 2011 09:27 (UTC +04:00)
APA-Economics”-in məlumatına görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov Bakıda “Əmək miqrantlarının sosial müdafiəsi və qloballaşma” mövzusunda keçirilən beynəlxalq texniki seminarda bildirib. Onun sözlərinə görə, hazırda Şimali və Qərbi Avropada qeyri-leqal miqrantlarının sayı miqrantların ümumi sayının 50 faizini təşkil edir: “Rusiyada da bu nisbət 50 faizdir. Amerikada 4-5 milyon nəfər qeyri-leqal miqrant var. İtaliyada isə bu rəqəm 500 min -1 milyon nəfər civarındadır”.

Azərbaycana gəlincə, S. Müslümov bildirib ki, Azərbaycanda qeyri-leqal miqrantlar olsa da, DSMF buna müdaxilə edə bilmir: “Bu məsələ fondun səlahiyyətində deyil. Bununla Əmək Müfəttişliyi məşğul olur. Amma biz aidiyyəti qurumlarla sıx əməkdaşlıq edirik”.

DSMF sədrinin sözlərinə görə, Vergilər Nazirliyi tərəfindən fonda daxil olan son hesabatda Azərbaycanda 45 min yeni işçinin qeydə alındığı göstərilir ki, onların da 500-nü miqrantlar təşkil edir. S. Müslümov ölkədə ümumilikdə 100 min nəfərə yaxın əmək miqrantının olduğunu da qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR