Bank Of Baku

Azərbaycan əmək miqrantlarının sosial müdafiəsi ilə bağlı beynəlxalq saziş imzalanmasını təklif edir

Azərbaycan əmək miqrantlarının sosial müdafiəsi ilə bağlı beynəlxalq saziş imzalanmasını təklif edir
# 29 iyun 2011 10:12 (UTC +04:00)
APA-Economics”-in məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov deyib.

Onun sözlərinə görə, bunun üçün dövlətlərarası ikitərəfli və hətta lazım gəlsə, çoxtərəfli sazişlərin imzalanması məqsədəuyğundur: “Biz təklif irəli sürmüşük ki, ayrı-ayrı dövlətlər arasında əmək miqrantlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində sazişlərin hazırlanması və onların imzalanmasının sürətləndirilməsi üçün Beynəlxalq Sosial Təminat Assosiasiyası öz səyini ortaya qoysun. Qurum bunun üçün çərçivə sazişi hazırlanmalı və müxtəlif dövlətlərin hökumətlərinə təqdim etməlidir”.

S. Müslümov bildirib ki, məsələ ilə bağlı Azərbaycanda səfərdə olan Moldovanın Milli Sosial Sığorta Kassası prezidenti Mariya Bortanın rəhbərliyi altında işçi qrup yaradılacaq: “İşçi qrup qısa müddət ərzində sazişin ilkin variantını hazırlayıb, müvafiq dövlətlərin pensiya və sosial sığorta təşkilatlarına təqdim edəcək. Rəylər alınandan sonra onlar ümumiləşdirilib Beynəlxalq Sosial Təminat Assosiasiyasının katibliyinə təqdim ediləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR