Bank Of Baku

Qarpız və yemişdən götürülən nümunələrin analizlərinin cavabları açıqlanıb

Qarpız və yemişdən götürülən nümunələrin analizlərinin cavabları açıqlanıb
# 29 iyun 2011 11:39 (UTC +04:00)
Bu haqda APA-ya Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Nəzarət Toksikologiya Laboratoriyasının rəhbəri Yaqub İbrahimov bildirib. Onun sözlərinə görə, analizlərin nəticələrinə əsasən, bu bostan bitkilərinin tərkibindəki nitratın miqdarı normalara cavab verir: “Baxmayaraq ki, onlar tez yetişdirilib, qarpızda da, yemişdə də nitratın miqdarı normaldır. Görünür, ya gübrənin miqdarını az veriblər, ya da yağışlar bu maddələrin həll olunma prosesini sürətləndirərək aqrotexniki qaydanın yüksək olmasına səbəb olub. Analizlərin nəticələri göstərir ki, hələlik bu sahədə qorxulu hal yoxdur”.
Hazırda bazarlarda satılan qarpız və yemişin Sabirabad rayonundan gətirildiyini deyən Y.İbrahimov getdikcə bazarlarda bu məhsulların artması ilə əlaqədar nəzarət tədbirlərinin davam etdiriləcəyini bildirib: “Bazarlara Kürdəmir, Bərdə və digər rayonlardan qarpız və yemişlər gətiriləcək. Ona görə də biz gələn həftə Səhiyyə Nazirliyinin nümayəndələri ilə birlikdə bu bostan bitkilərini yenidən yoxlayacağıq”.
Qeyd edək ki, 2009-cu ildə aparılan analoji yoxlamalar zamanı qarpızın tərkibində nitratın miqdarının çox olduğu aşkarlanıb. Ötən ilki analizlərin nəticələrinə görə, isə bu sahədə heç bir problem üzə çıxmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR