Bank Of Baku

Masallıda meşə yanğınları ilə əlaqədar reyd keçirilib

Masallıda meşə yanğınları ilə əlaqədar reyd keçirilib
# 29 iyun 2011 14:29 (UTC +04:00)
Masallı. Ağəddin Babayev – APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin (DYNİ) əməkdaşları bu gün Masallı rayonu ərazisindəki meşə zolaqlarında reyd keçiriblər. İdarənin rəisi Əşrəf Rəfiyevin APA-nın cənub bürosuna verdiyi məlumata görə, reydin keçirilməsində əsas məqsəd Masallı rayonu ərazisində mövcud meşə zolaqlarında yanğından mühafizə tədbirlərinə diqqəti gücləndirməkdən və buradakı turizm obyektlərində təhlükəsizlik tədbirlərinin vəziyyətini yoxlamaqdan ibarət olub. Reyd zamanı meşə gözətçilərinə meşələrə giriş-çıxışın nəzarətə götürülməsi, meşə zolağının yaxınlığında yerləşən taxıl sahələrinin və yaşayış yerlərinin ətrafının şumlanılması, bu ərazilərdə yanğından mühafizə məntəqələrinin yaradılmasının vacibliyi barədə tapşırıqlar verilib. Ə. Rəfiyev bölgənin digər meşə massivlərində də bu cür qabaqlayıcı tədbirlərinin keçiriləcəyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR