Bank Of Baku

Lənkəran Dövlət Universitetində məzun günü keçirilib

Lənkəran Dövlət Universitetində məzun günü keçirilib
# 29 iyun 2011 19:47 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. İyunun 29-da Lənkəran Dövlət Universitetinin (LDU) akt zalında məzun günü keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, bölgə ictimaiyyəti nümayəndələrinin, valideynlərin və kütləvi informasiya vasitələri əməkdaşlarının iştirakı ilə keçən mərasimdə LDU-nin rektoru, professor Asəf İsgəndərov çıxış edərək fəaliyyətinin ilk illərində bu ali təhsil ocağında 12 ixtisas üzrə cəmi 218 tələbənin oxuduğu və onların təhsili ilə 50-yə yaxın müəllimin məşğul olduğu halda, indi burada 3 fakültədə 22 ixtisas üzrə 1479 tələbənin oxuduğunu, onlardan 59 nəfərinin magistrant olduğunu diqqətə çatdırıb. Daha sonra rektor bu il universitetin bakalavr pilləsini 315 nəfərin, magistratura şöbəsini 58 nəfərin bitirdiyini söyləyərək, məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Çıxış edən məzunlar LDU-nin rəhbərliyinə, müəllimlərinə minnətdarlıq edərək, çalışacaqları əmək kollektivlərində doğma təhsil ocağının adını həmişə uca tutacaqlarına söz veriblər. Sonra magistr və bakalavr pilləsini bitirən məzunlara diplomlar, universitetin ictimai həyatında fəallıq göstərən bir qrup məzuna isə xatirə hədiyyələri təqdim olunub.
Tədbir LDU-nin bədii özfəaliyyət kollektivinin maraqlı konsert proqramı ilə başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR