Bank Of Baku

Prezident İlham Əliyev: «İndiki zəmanədə yaxşı idmançılar yetişdirmək üçün bütün imkan var»

Prezident İlham Əliyev: «İndiki zəmanədə yaxşı idmançılar yetişdirmək üçün bütün imkan var»
# 29 iyun 2011 20:15 (UTC +04:00)
Bakı-APA. «Azərbaycanda idmanın bütün növləri inkişaf edir. Ancaq idmanın tennis növünün xüsusiyyəti ondan ibarətdir ki, dünya miqyasında çox böyük marağa layiq olan bir idman növüdür. Beynəlxalq yarışlar, müxtəlif ölkələrdə keçirilən yarışlar geniş auditoriyaya malikdir». Bakı Tennis Akademiyasının mərkəzi kortunun açılış mərasimində iştirak edən prezident İlham Əliyev bu fikirləri işlədib.
«Azərbaycanda sovet dövründə müəyyən ənənələr olub. Ancaq deyə bilmərəm ki, o vaxt idmançılarımız hansısa yüksək nəticəyə nail olublar. İndiki zəmanədə, indiki şəraitdə yaxşı idmançılar yetişdirmək üçün bütün imkan var. İstənilən idman növündə qələbə qazanmaq, layiqli yer tutmaq üçün şərait olmalıdır. İndi ölkəmizin hər bir yerində yeni olimpiya kompleksləri tikilir və biz görürük ki, orada məşq edən uşaqlar, yeniyetmələr yüksək nəticəyə nail olurlar. Əminəm ki, bir neçə ildən sonra tennisçilərimiz dünyada öz sözlərini deyəcəklər. Buna vaxt lazımdır. İndi şərait var. Təlim-məşq prosesinin düzgün qurulmasından çox şey asılıdır. Əlbəttə ki, Bakıda beynəlxalq yarışların keçirilməsi də çox vacibdir. Mənə verilən məlumata görə, yaxın vaxtlarda Bakıda dünya səviyyəli beynəlxalq turnir keçiriləcək. Bu da tennisin Azərbaycanda yayılmasına, populyarlaşmasına xidmət göstərəcək. Gənclərimiz, yeniyetmələrimiz yaxşı öyrənəcəklər, görəcəklər, görkəmli tennisçilərlə ünsiyyətdə olacaqlar. Bu idman növünün Azərbaycanda böyük və gözəl gələcəyi olacaq. Mən buna əminəm. Digər idman növlərində əldə edilmiş uğurlar belə deməyə əsas verir. Azərbaycanda indi böyük tikinti obyektləri yaradılır. Demək olar ki, orada işləyənlərin mütləq əksəriyyəti yerli işçilərdir, dizaynerlərdir, mühəndislərdir. Yəni, Azərbaycanda tikinti sektorunda artıq güclü bir potensial yaradılıbdır. Bu akademiya böyük zövqlə tikilib. Əminəm ki, həm Binəqədi rayon sakinləri, həm də ümumiyyətlə Bakı sakinləri burada yaradılmış imkanlardan istifadə edəcəklər», deyə prezident bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR