Bank Of Baku

Moskvada keçirilən “Gənc nəsil – sərhədsiz həyat” Gənclər Forumunda Azərbaycan nümayəndə heyəti də iştirak edir

Moskvada keçirilən “Gənc nəsil – sərhədsiz həyat” Gənclər Forumunda  Azərbaycan nümayəndə heyəti də iştirak edir
# 30 iyun 2011 08:14 (UTC +04:00)
Bakı-APA. Moskvada MDB-nin 20 illiyinə həsr olunmuş Dövlətlərarası Sərgi və sərgi işçi proqramı çərçivəsində “Gənc nəsil – sərhədsiz həyat” Gənclər Forumuna start verilib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bu günlər ərzində Moskvada eyni zamanda Gənclərin XI Ümumrusiya Elmi-texniki Yaradıcılıq Sərgisi və konfransı da keçirilir. İyunun 28-dən Ümumrusiya Sərgi Mərkəzində start götürən sərgi iyulun 3-dək davam edəcək. Sərgidə təşkil olunan Azərbaycan Milli Pavilyonunda Gənclər və İdman Nazirliyi də öz növbəsində gənclər və idman sahəsinə dair məlumat-foto stendi, video çarxları, çap və digər sərgi materialları ilə təmsil olunur.
Gənclər tədbirlərində isə Azərbaycan gənclər təşkilatlarının rəhbər və nümayəndələri məruzələrlə çıxış edirlər.
MDB-nin 20 illik yubileyinə həsr edilmiş tədbirlər çərçivəsində Azərbaycan 9 nəfərdən ibarət nümayəndə heyəti ilə təmsil olunur.

Qeyd edək ki, nümayəndə heyətinə Gənclər və İdman Nazirliyinin rəsmisi Elmir Mehdiyev rəhbərlik edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR