Bank Of Baku

Azərbaycan Nazirlər Kabineti plan yerləri barədə məlumatları təqdim etmədiyindən orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında ərizə qəbulu yenidən təxirə salınıb

Azərbaycan Nazirlər Kabineti plan yerləri barədə məlumatları təqdim etmədiyindən orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında ərizə qəbulu yenidən təxirə salınıb
# 30 iyun 2011 08:49 (UTC +04:00)
Bu barədə APA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə məlumat verib. Onun sözlərinə görə, orta ixtisas təhsili müəssisələrinə qəbul aparılacaq plan yerləri barədə məlumatlar Azərbaycan Nazirlər Kabineti (NK) tərəfindən hələ də TQDK-ya təqdim olunmayıb. Buna görə də Komissiya orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunu başlaya bilmir. Ərizə qəbulunun nə vaxt başlayacağı hələlik məlum deyil.

Qeyd edək ki, TQDK-nın təsdiq etdiyi plana uyğun olaraq, orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında ərizə qəbulun iyunun 28-dən avqustun 10-dək aparılmalı idi. Lakin NK orta ixtisas təhsili müəssisələrinə qəbul planını təqdim etmədiyindən TQDK bu prosesə iyunun 30-da başlamaq qərarı vermişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR