Bank Of Baku

Təhsil naziri: “Azərbaycanda ali məktəblərin sayı artmayacaq”

Təhsil naziri: “Azərbaycanda ali məktəblərin sayı artmayacaq”
# 30 iyun 2011 08:54 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə təhsil naziri Misir Mərdanov bildirib.

Onun sözlərinə görə, Dünya Bankı və bu kimi təşkilatlar Azərbaycana ölkədə ali təhsil məktəblərinin sayını artırmağı tövsiyə edir. Amma Azərbaycan bu addımı atmaq niyyətində deyil: «Azərbaycan ali təhsil məktəblərinin sayını yox, keyfiyyətini artırmaq niyyətindədir».

Nazir qeyd edib ki, hazırda ölkədə 36 ali dövlət və 15 özəl ali təhsil məktəbi fəaliyyət göstərir: “Hazırda 10 minə yaxın azərbaycanlı tələbə xaricdə təhsil alır, Azərbaycanın özündə təhsil alan xaricilərin sayı isə 7 mindən artıqdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR