Bank Of Baku

Azərbaycan ərazisində iyul ayında proqnozlaşdırılan hava şəraiti

Azərbaycan ərazisində iyul ayında proqnozlaşdırılan hava şəraiti
# 30 iyun 2011 09:13 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. İyul ayında ölkə ərazisində havanın orta aylıq temperaturunun iqlim normasından bir qədər yüksək olacağı, yağıntıların qeyri-bərabər paylanması gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur. Birinci ongünlükdə şimal-qərb küləyi tez-tez güclənəcək.

Bakı və Abşeron yarımadasında orta aylıq temperaturun 26-28 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasından bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 20-25 dərəcə, gündüzlər 29-34 dərəcə isti təşkil edəcək, ayrı-ayrı günlərdə 36-39 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 2-3 mm), bəzi yerlərdə isə bir qədər çox olacaq.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperatur 26-29 dərəcə isti olacaq ki, bu da iqlim normasından bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 17-22 dərəcə, gündüzlər 30-35 dərəcə isti təşkil edəcək, ayrı-ayrı günlərdə istilik 38-42 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 6-16 mm) olacaq.

Yuxarı Qarabağ - Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy zonalarında orta aylıq temperaturun 18-21 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasından bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 12-17 dərəcə, gündüzlər 22-27 dərəcə isti təşkil edəcək, ayrı-ayrı günlərdə temperatur 30-35 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 36-73 mm), bəzi yerlərdə isə bir qədər çox olacaq.

Qazax-Gəncə, Goranboy, Tər-Tər, Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl zonalarında orta aylıq temperaturun 25-28 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasından bir qədər yüksəkdir. Gecələr 17-22 dərəcə isti təşkil edəcək. Gündüzlər 27-32 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə temperatur 35-39 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 10-32 mm) olacaq.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı- Şamaxı-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz zonalarında orta aylıq temperaturun 24-27 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasından 1-2 dərəcə yüksəkdir. Gecələr 15-20 dərəcə, gündüzlər 25-30 dərəcə isti təşkil edəcək. Ayrı-ayrı günlərdə temperatur 33-37 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 9-18 mm) olacaq.

Mərkəzi Aran - Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 27-30 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasından bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 20-25 dərəcə isti, gündüzlər 31-36 dərəcə isti təşkil edəcək. Ayrı-ayrı günlərdə temperatur 38-41 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 3-22 mm) olacaq.

Masallı-Lənkəran-Astara, Lerik-Yardımlı zonasında orta aylıq temperaturun 26-28 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasından bir qədər yüksəkdir. Gecələr 19-24 dərəcə, gündüzlər 29-34 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə temperatur 36-39 dərəcəyədək yüksələcək. Yağıntı aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 7-33 mm) olacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR