Bank Of Baku

“Məzun-2011” buraxılış gecəsində yüksək nəticələr göstərmiş 700-ə yaxın məzun iştirak edəcək

“Məzun-2011” buraxılış gecəsində yüksək nəticələr göstərmiş 700-ə yaxın məzun iştirak edəcək
# 30 iyun 2011 09:41 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bu gün Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq Bakıda orta məktəblərin məzunları üçün buraxılış gecəsi keçiriləcək. Bakı şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) sektor müdiri Zəminə Əliqızının APA-ya verdiyi məlumata görə, “Məzun-2011” buraxılış gecəsində BŞTİ-nin tabeçiliyində olan təhsil müəssisələrini ən yüksək nəticələrlə başa vurmuş 700-ə yaxın məzun iştirak edəcək: “Tədbir rəsmi və qeyri-rəsmi hissələrdən ibarət olacaq. Qeyri-rəsmi hissədə məzunlara məktəbdənkənar təhsil müəssisələrimizin yetirmələrinin konsert proqramı təqdim olunacaq və sonda onlar üçün diskoteka da təşkil ediləcək”.

Qeyd edək ki, tədbirdə həmçinin BŞTİ-nin tabeçiliyində olan təhsil müəssisələrinin qızıl və gümüş medallara layiq görülən 18 məzununa medallar təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR