Bank Of Baku

Hüquq müdafiəçisi polis əməkdaşının intiharının səbəbini açıqlayıb

Hüquq müdafiəçisi polis əməkdaşının intiharının səbəbini açıqlayıb
# 30 iyun 2011 10:10 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Ağsu və Şamaxı rayon polis şöbələrinin müvəqqəti saxlanma məntəqələrində monitorinq keçirib. Bu barədə APA-ya hüquq müdafiəçisinin özü məlumat verib. O, monitorinq zamanı ciddi nöqsan aşkar olunmadığını deyib: “Ağsu rayonunda olarkən iyunun 9-da intihar edən polis əməkdaşı Asim Baxşıyevin cinayət işi ilə də maraqlandım. Asim Baxşıyev Məhəmməd Əmin Rəsulzadə küçəsində intihar edib. Araşdırma zamanı məlum olub ki, o, bir qızı istəyib, lakin ona verməyiblər. Buna görə intihar edib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır”.

Qeyd edək ki, polis serjantı, 1985-ci il təvəllüdlü Asim Baxşıyev iyunun 9-da xidməti “Volkswagen-Passat” markalı avtomaşında “Makarov” tipli tabel silahından atəş açaraq özünü öldürüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR