Bank Of Baku

Azərbaycan Tibb Universitetinin məzunlarının işə qəbulu ilə bağlı müsabiqə keçiriləcək

Azərbaycan Tibb Universitetinin məzunlarının işə qəbulu ilə bağlı müsabiqə keçiriləcək
# 30 iyun 2011 11:25 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA Bu ildən Azərbaycan Tibb Universitetinin (ATU) məzunlarının işə qəbulu təyinatla yox, müsabiqə yolu ilə həyata keçiriləcək. Bu haqda APA-ya ATU-nun tədris hissə müdiri Nəsimi Qasımov məlumat verib. Onun sözlərinə görə, yaxın günlərdə Səhiyyə Nazirliyinin orqanı olan “Tibb” qəzetində ölkə üzrə vakant həkim yerləri haqqında elanlar veriləcək: “Məzunlar sənədlərini 17 ixtisas üzrə təqdim edib müsabiqədə iştirak edəcəklər. Onlar istədikləri rayonlarda iş yeri qazanacaqlar”. N.Qasımov bildirib ki, müsabiqə vakant iş yerləri haqda elanlar dərc edildikdən bir ay sonra keçiriləcək: “Universitetin əvvəlki məzunları bu müsabiqələrdə iştirak edə bilməyəcəklər. Çünki müsabiqənin məqsədi builki məzunların işlə təmin edilməsidir”.

Qeyd edək ki, bu il ATU-nu 1259 tələbə başa vurub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR