“Hərbi hazırlıq” ayı...
Bakı. Kəmalə Quliyeva - APA. 3 gün sonra Azərbaycanda ali məktəblərə qəbul imtahanlarına start veriləcək. Abituriyentlərin və onların yaxınlarının intizarla gözlədiyi imtahan mövsümü kimlər üçünsə uğurlu, kimlər üçünsə uğursuz olacaq. Orta məktəbdə qazanılan bilikləri, imtahana hazırlığın səviyyəsini və abituriyentlərin fərdi göstəricilərini yoxlamaq üçün bundan gözəl fürsət ola bilməz. Təsadüfi deyil ki, elə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə də keçirdiyi mətbuat konfranslarından birində bu ayın rəhbərlik etdiyi qurum üçün də “hərbi hazırlıq” ayı olduğunu demişdi. Necə deyərlər, bu ay abituriyentlər üçün olduğu kimi, TQDK üçün də məsuliyyətli sınaq ayıdır...
Qapalılıqdan açıqlığa...
Ali məktəblərə builki qəbul kampaniyasının əsas yeniliyi açıq formalı test nümunələrinin tətbiq olunmasıdır. Qeyd edək ki, TQDK ilk dəfə olaraq ötən il magistratura imtahanlarında açıq testlərdən istifadə etmişdi. Builki qəbul imtahanlarında Azərbaycan və rus bölməsi üzrə bütün qruplarda riyaziyyat fənnindən 25 sualdan 5-i açıq tipli olacaq. Bütün açıq və gizli etirazlara baxmayaraq açıq testlər TQDK-nın atdığı ən uğurlu addımlardan biridir. Açıq testlər abituriyentləri əzbərçilikdən, birtərəfli düşünmə meyllərindən yayındıracaq. Abituriyent cavabda həll variantı üzərində daha geniş düşünməyə vadar olur. Açıq testlər abituriyentlərin məntiqi təfəkkürlərini inkişaf etdirməyə xidmət edir. Təcrübə göstərir ki, bəzən abituriyentlər bildiklərini imtahanda tətbiq edə bilmirlər. Riyaziyyat fənnindən düsturları bilsələr də, məsələlər fərqli formada veriləndə cavab tapmaqda çətinlik çəkirlər. Daha çox cavabları yerinə qoyub tapmağa cəhd göstərirlər. Amma açıq testləri cavablandırarkən bu faktor istisna olacaq. Gələcəkdə bütün fənlər üzrə açıq test tapşırıqlarının tətbiq olunacağı gözlənilir. Bunun üçün açıq testlər üzrə test bankı formalaşmalıdır. Artıq TQDK-nın fənlər üzrə elmi-metodiki seminarlarında bu istiqamətdə işlər aparılır.
İmtahanlara müstəqil hazırlaşmaq üçün videomühazirələr
Bu il TQDK abituriyentlərin qəbul imtahanlarına daha keyfiyyətlə hazırlaşmalarını təmin etmək məqsədilə daha bir yeniliyə imza atıb. Bu, qəbul imtahanlarının bütün fənləri üzrə təşkil edilən videomühazirələrdir. Videomühazirələrdə qəbul proqramları bütünlüklə əhatə olunub. Təcrübəli mütəxəssislərin qəbul imtahanları fənləri üzrə qəbul proqramlarına uyğun hazırladığı bu mühazirələr Komissiyanın internet saytında nümayiş etdirilir. Bu mühazirələri disk və “flash-kart”lara yükləyərək sonra internet olmayan kompüterdə dinləmək də olar. Əslində, TQDK tərəfindən hazırlanan bütün bu vəsaitlər ciddi elmi araşdırmaların nəticəsində ərsəyə gətirilib, gənclərin qəbula məhz müstəqil surətdə hazırlaşmasına hesablanıb və bütün müasir beynəlxalq standartlara uyğundur. Videomühazirələr abituriyentlərə hazırlıq səviyyəsini yoxlamağa, yaxşı mənimsəmədiyi mövzunu, dərslikdə ona tam aydın olmayan məsələləri öyrənməyə imkan verir. Bu mühazirələrin ən başlıca cəhəti onların ödənişsiz olmasıdır. Hər bir abituriyent onu yükləyə, evdə təkrar baxa bilər.
Qeyd edək ki, TQDK-nın araşdırmalarına əsasən, 2010-cu ildə abituriyentlərin 38 faizə yaxını qəbul imtahanlarında 100 baldan aşağı nəticə göstərib, başqa sözlə, orta məktəb proqramını mənimsəməyib. Təhsil Nazirliyinin keçirdiyi buraxılış imtahanlarında iştirak etmiş şagirdlərin isə 17%-i attestat almağa müvəffəq olmayıb. Qeyri-rəsmi məlumatlara əsasən isə Azərbaycanda abituriyentlərin 70 faizi repetitor yanına gedir. Bu baxımdan videomühazirələr imtahanlara fərdi formada hazırlaşmaq istəyənlər üçün əvəzsiz materialdır.
Abituriyentlər üçün müxtəlif elektron xidmətlər
Heç kimə sirr deyil ki, TQDK ölkədə “E-hökumət” Dövlət Proqramını ən yaxşı həyata keçirən qurumlardan biridir. Artıq bir neçə ildir ki, sınaq imtahanlarına yazılış, eləcə də ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu internetlə həyata keçirilir. TQDK-nın sınaq imtahanlarında iştirak edə bilməyən abituriyentlər üçün Komissiyanın rəsmi saytında “on-line” sınaq imtahanları da təşkil olunur. TQDK-nın keçirdiyi sınaq və qəbul imtahanlarının nəticələri həm TQDK-nın saytında yerləşdirilir, həm də abituriyentlərə İMTAHANCELL xidməti vasitəsilə çatdırılır. Nəticələr elan olunduqda “Azercell” şirkəti ilə yanaşı, “Bakcell” mobil operatorunun istifadəçiləri olan abituriyentlər də iş nömrələrini 7727 nömrəsinə göndərməklə imtahan nəticələrini öyrənə bilərlər.
TQDK-nın builki tədbirlər planına əsasən, Naxçıvan, Lənkəran, Gəncə, Şəki və Quba regional mərkəzlərində bütün fənlər üzrə həmin bölgələrin müəllimlərinin iştirakı ilə elmi-metodiki seminarlar keçirilib. Həmin seminarlarla TQDK-nın müvafiq seminarları arasında canlı videobağlantılar təşkil edilib. Son 2 ildə TQDK-nın regional bölmələrində həmin bölgəni təmsil edən müvafiq fənn müəllimlərinin də TQDK-nın iclaslarında, müşavirələrində iştirak etmək üçün Bakıya, yaxud müşavirənin, iclasın keçirildiyi başqa regiona gəlmələrinə ehtiyac qalmayıb. Artıq 3-cü ildir ki, videobağlantı əsasında bütün fənlər üzrə seminar iclaslarında Bakı və Sumqayıt şəhərlərinin təhsil işçiləri ilə bərabər, TQDK-nın Naxçıvan, Gəncə, Lənkəran, Şəki və Quba regional bölmələrində həmin bölgələri təmsil edən müvafiq fənn müəllimləri də eyni vaxtda bu iclaslarda iştirak edib online şəkildə öz fikirlərini bildirə bilirlər.
Bu il TQDK-nın yeni bir xidməti - SMS Məlumatlandırma xidməti istifadəyə verilib. TQDK-nın Azercell və Bakcell mobil rabitə operatorları ilə bağladığı müqavilə əsasında abituriyentlər komissiyanın xəbərlərinə abunə ola, tələbə qəbulundakı yeniliklər barədə gündəlik məlumatları mobil telefonları vasitəsilə əldə edə bilərlər. Azərbaycanın istənilən ucqar nöqtəsində mobil operatorlar fəaliyyət göstərdiyindən TQDK-nın məlumatlarını əldə etmək istəyən abituriyentlər üçün fiziki məkanın məhdudluğu faktoru aradan qaldırılıb. Məlumatlandırma xidməti vasitəsi ilə sınaq imtahanları, ali və orta ixtisas təhsili müəssisələrinə, magistratura səviyyəsinə qəbulla bağlı bütün məlumatları mobil telefon vasitəsilə öyrənmək mümkündür. Bu xidmətdən yararlanmaq üçün sadəcə müvafiq açar sözlərin baş hərflərini - A (abituriyent), B (bakalavr), S (sınaq) və ya O (orta ixtisas) yazıb 82002-yə göndərmək kifayətdir. Abunə olmaq istəyən şəxs 4 məlumat blokundan hər hansı birinə, yaxud hamısına abunə ola bilər.
Qeyd edək ki, Azərbaycanda “Elektron imza” haqqında qanun qəbul olunsa da, hələ tətbiq olunmayıb. Qanunun tətbiqindən sonra abituriyentlərin ali məktəblərə sənəd vermə proseduru tamamilə elektronlaşacaq.
Yeni texnoloji dövrə
TQDK bu il magistraturaya qəbul imtahanlarının nəticələri açıqlanan zaman daha bir yenilik tətbiq edib. İlk dəfə olaraq yazılı imtahan verən bakalavrlar istisna olmaqla digər bakalavrlar “Cavab kartları”nın qrafik təsvirini görə biliblər. Yeni texnoloji dövrənin proqram təminatı TQDK tərəfindən hazırlanıb. TQDK sədri Məleykə Abbaszadə bəyan edib ki, yeni proqram təminatı imtahanların şəffaflığının daha bir göstəricisi olmaqla yanaşı, qəbul imtahanının nəticəsindən narazı qalan bakalavrlara öz cavabları ilə tanış olmaq imkanı yaradacaq: “Çox zaman bakalavrlar bizə müraciət edirlər ki, onlar “Cavab kartları”na baxmaq istəyirlər. Elə hallar da olur ki, abituriyentlər yazdıqlarını imtahan nəticəsində görmədiklərini iddia edirlər. Ona görə də biz bu ildən yeni texnoloji dövrəni tətbiq edirik. “Cavab kartları”nın real görüntüsü hər bir bakalavr üçün göstərilir”.
M. Abbaszadə deyib ki, gələn ildən magistraturaya yazılı imtahan verən bakalavrların və bakalavriat pilləsinə imtahan verən abituriyentlərin “Cavab kartları” da belə təqdim ediləcək.
İmtahan keçiriləcək şəhərlərin coğrafiyası genişlənib
Bu il qəbul aparılacaq imtahan yerlərinin coğrafiyası daha da genişlənib. Ötən il Bakı, Sumqayıt və Naxçıvanla yanaşı, ilk dəfə olaraq Gəncə şəhərində də I qrup üzrə qəbul imtahanları keçirilib. Bu il isə Gəncə şəhərində qəbul imtahanları bütün qruplar üzrə keçiriləcək. Bu il Bakı, Sumqayıt, Naxçıvan, Gəncə ilə yanaşı, Şəki və Lənkəranda da imtahanlar olacaq. Şəkidə II, Lənkəranda isə IV qruplar üzrə imtahan keçiriləcək. Gələcəkdə Şəki və Lənkəranda da qəbul imtahanlarının bütün qruplar üzrə keçirilməsi planlaşdırılır. TQDK tərəfindən qəbul imtahanına yararlı hesab edilən binaların təhlükəsizlik baxımından yoxlanılması istiqamətində Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən də müvafiq tədbirlər həyata keçirilib. İmtahan binaları haqqında yenilənmiş məlumat “imtahan yerləri baza”sına daxil edilib. TQDK tərəfindən ölkənin müxtəlif şəhərlərində 2011-ci ildə qəbul imtahanlarının keçirilməsi nəzərdə tutulan 150-dən artıq binaya baxış keçirilib. Həmin binaların imtahana yararlılığı müəyyən edilib, texniki pasportları müəyyənləşdirilib.

Sosial
“AzerGold” QSC-nin fəaliyyətə başlamasının 10 illiyi münasibətilə Fəxri xiyaban və Şəhidlər xiyabanı ziyarət olunub
Şahbaz Şərif: İslamabad razılaşma memorandumunun imzalanmasında Türkiyənin rolu böyükdür
FHN-in təşkil etdiyi ümumrespublika birinciliyinə yekun vurulub - FOTO - VİDEO