Bank Of Baku

Abel Məhərrəmov Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri ilə görüşüb - FOTO

Abel Məhərrəmov Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri ilə görüşüb - <font color=red>FOTO</font>
# 30 iyun 2011 13:17 (UTC +04:00)
Bakı-APA. Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov fəaliyyət müddəti başa çatmaqda olan Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Halis Koyuncuoğlu ilə görüşüb. BDU-nun mətbuat və informasiya şöbəsindən APA-ya verilən məlumata görə, 2008-ci ildən Azərbaycana təhsil müşaviri olaraq təyin olunan Halis Koyuncuoğlunun fəaliyyətini yüksək qiymətləndirən A. Məhərrəmov bu illər ərzində BDU ilə təhsil müşavirliyi arasında görülən mühüm işlərdən bəhs edib. Halis Koyuncuoğlu hər iki tərəfin səyləri nəticəsində BDU-da təhsil alan türk tələblərə yaradılmış şəraitdən məmnun olduğunu bildirib və problemlərinin həlli üçün göstərilən xüsusi diqqətə görə rektor A. Məhərrəmova təşəkkür edib.
Görüşdə müşavirin diplomatikik missiyasının başa çatdığı, yaxın günlərdə Azərbaycanı tərk edəcəyi bildirilib.
H. Koyuncuoğlunun Azərbaycandan getməsi xəbərini təəssüflə qarşıladığını deyən rektor onun Azərbaycandakı fəaliyyəti ilə əlaqədar olaraq müvafiq strukturlara BDU-nun adından təşəkkür məktublarının göndəriləcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR