Bank Of Baku

İKT ölkələri Xocalı faciəsinin beynəlxalq səviyyədə insanlığa qarşı cinayət kimi tanınmasına çalışacaqlar - FOTO

İKT ölkələri Xocalı faciəsinin beynəlxalq səviyyədə insanlığa qarşı cinayət kimi tanınmasına çalışacaqlar - <font color=red>FOTO</font>
# 30 iyun 2011 13:30 (UTC +04:00)
Forumdan APA-ya verilən məlumata görə, adıçəkilən qətnamə İKT-yə üzv-ölkələri, eləcə də qurumları “Xocalıya ədalət” kampaniyasına dəstək verməyə, Xocalı qırğınını ölkə və beynəlxalq səviyyədə insanlığa qarşı cinayət kimi tanımağa çağırıb. DƏ-İKGF-nin baş katibi, səfir Elşad İskəndərov deyib ki, qətnamə 57 ölkənin Xocalı qırğınına olan mövqeyinin bir daha dəyişməz olduğunu təsdiqləyib: “Faktiki olaraq, BMT-yə üzv dövlətlərin üçdə biri Xocalıda törədilən erməni vəhşiliyini insanlığa qarşı cinayət kimi tanıyırlar. Bu isə ermənilərin İKT Parlament İttifaqının qəbul etdiyi məlum analoji qərarı təsadüfən qəbul edildiyi kimi təbliğat xarakterli fikirlərin tam şəkildə iflasa uğraması deməkdir”.
Qətnamədə, həmçinin BMT Sivilizasiyaların İttifaqı Proqramında gənclərin rolunun gücləndirilməsi işində Forumun fəaliyyətinə, xüsusilə, bu ilin 9-11 aprel tarixlərində Bakı şəhərində Sivilizasiyaların İttifaqı Uğrunda Gənclər İttifaqının təsis edilməsi üzrə görülən işlərə yüksək qiymət verilib. Sənəddə həmçinin DƏ-İKGF BMT Sivilizasiyaların İttifaqının gənclər sahəsində proqramların həyata keçirilməsində İKT-nin yeganə tərəfdaşı kimi qeyd edilib. Sessiyada çıxış edən Elşad İskəndərov DƏ-İKGF-nin müsəlman gəncliyinin inkişafı sahəsində həyata keçirilən layihələrdən, gənc müsəlmanların dünyada İslamofobiya ilə mübarizə aparmasının güclənməsindən, BMT-nin Sivilizasiyaların İttifaqı prosesində rolundan bəhs edib. Sessiyada iştirak edən tədbir iştirakçılarına Forumun son beş illik fəaliyyətini əks etdirən hesabat təqdim edilib.
Sessiya çərçivəsində DƏ-İKGF-nin baş katibi Elşad İskəndərov Qazaxıstanın xarici işlər naziri Erjan Qazixanov, ABŞ prezidentinin İKT məsələləri üzrə xüsusi nümayəndəsi Rəşid Hüseyn, Ağa Xan İnkişafının Şəbəkəsinin nümayəndəsi və İslam İnkişaf Bankının prezidenti Əhməd Məhəmməd Əli Əl Madani ilə işgüzar görüşlər keçirib, bu görüşlər zamanı Forumun gənclərin inkişafı yolunda həyata keçirilməsi planlaşdırılan layihələrin müzakirələrini aparıb.
Qeyd olunub ki, İKT ölkələrinin XİN görüşündə qurumun yeni logo ilə bərabər adını İslam Əməkdaşlıq Təşkilatına dəyişdirilməsi qərarı qəbul edilib. Bu tədbirdə həmçinin Suriyada baş verən hadisələr də müzakirə olunub. İKT Baş Katibi Ekmaleddin İhsanoğlu öz müraciətində Suriya rəhbərliyini milli barışıq dialoquna başlamağa və dinc əhalinin öldürülməsinə son qoymağa çağırıb. Tədbirin ən yadda qalan hissəsi, inteqrasiya prosesinin təşkilat çərçivəsində dərinləşməsinin həmçinin İslam və müsəlman gənclərilə aparılan iş haqda düzgün məlumatın çatdırılması məqsədilə Media Ehtiyatı İslam Fondunun təsis edilməsi üçün inkişaf etmiş on ölkədən ibarət qrupun yaradılması təklifi ilə Qazaxıstan prezidenti N. Nazarbayevin çıxışı olub.
Xatırladaq kİ, “Xocalıya Ədalət” kampaniyası DƏ-İKGF-nin Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsüdür və Xocalı qırğının beynəlxalq səviyyədə siyasi və hüquqi cəhətdən tanınmasına yönəldilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR