Bank Of Baku

Təhsil naziri tam orta təhsil səviyyəsi üzrə mərkəzləşmiş buraxılış imtahanlarının nəticələrini açıqlayıb

Təhsil naziri tam orta təhsil səviyyəsi üzrə mərkəzləşmiş buraxılış imtahanlarının nəticələrini açıqlayıb
# 30 iyun 2011 14:23 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu bu gün keçirdiyi mətbuat konfransında təhsil naziri Misir Mərdanov deyib. Nazirin sözlərinə görə, onlardan 87578 nəfəri buraxılış imtahanlarında iştirak edib, 3256 nəfər buraxılış imtahanlarında iştirak etməyib, 42 nəfər nailiyyətə görə, 727 nəfər isə xəstəliyi ilə əlaqədar təhsil nazirinin müvafiq əmri ilə imtahandan azad olunub. 50771 nəfər buraxılış imtahanlarından müvəffəq, 36807 nəfər isə qeyri-müvəffəq qiymət alıb.
M. Mərdanov deyib ki, lakin bu attestat alanların sayı deyil: “Çünki attestat qiyməti verilərkən 9-cu sinfin buraxılış imtahanının, 11-ci sinif yoxlama sınaq imtahanların və illik imtahanın nəticələri nəzərə alınır”.
Nazir Azərbaycanın 78 rayonu üzrə 71812 nəfərin attestat aldığını bildirib.
Bu, attestat almalı olanların 81,90 faizidir. Builki məzunların 18 faizi isə attestat ala bilməyib. Nazir onu da deyib ki, rayonlar üzrə ən aşağı göstərici Astara rayonu üzrə olub. Ən yüksək göstərici isə Bakının Xətai rayonu üzrə qeydə alınıb.

Bakı üzrə orta məktəb məzunlarının 91,84 faizi, nazirliyin tabeliyində olan təhsil müəssisələrinin isə 98,4 faizi attestat alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR