Bank Of Baku

Nazir: “Orta məktəblərdə attestata görə pul alanları ciddi cəza gözləyir”

Nazir: “Orta məktəblərdə attestata görə pul alanları ciddi cəza gözləyir”
# 30 iyun 2011 15:27 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı – APA. “Orta məktəblərdə keçirilən buraxılış imtahanlarından narazı qalanların şikayətlərini araşdırmaq üçün komissiya fəaliyyət göstərir. Narazılar müraciət edə bilərlər”. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov bildirib. Nazir deyib ki, müraciətlər əsasında ancaq mexaniki səhvlər düzəldilə bilər: “Əsassız düzəldilmələr olmayacaq”.

Orta məktəblərdə attestatlar üçün pul tələb olunması barədə məlumatlara münasibət bildirən nazir bunları deyib: “Nəticələr Təhsil Nazirliyi tərəfindən açıqlanıb, hər şey məlumdur. Attestat üçün pul verən adam düzgün adam deyil. Əgər belə hal varsa, pul alanı ciddi cəza gözləyir”.

Azərbaycan Təfəkkür Universitetində yoxlamalar aparılması və universitetin bağlanması barədə suallara cavabında isə M. Mərdanov bu barədə məlumatının olmadığını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR