Bank Of Baku

Ombudsmanın nümayəndələri 3 saylı uşaq evinə baş çəkiblər

Ombudsmanın nümayəndələri 3 saylı uşaq evinə baş çəkiblər
# 30 iyun 2011 15:28 (UTC +04:00)
Bakı – APA. Ombudsmanın işgəncələr əleyhinə Milli Preventiv Mexanizm qrupunun üzvləri Kəmalə Ağayeva və Yeganə Cəfərova Təhsil Nazirliyinin 3 saylı uşaq evində monitorinq keçiriblər. Ombudsman Aparatından APA-ya verilən məlumata görə, monitorinqin məqsədi MPM-in mandatını nəzərə alaraq, uşaqlara qarşı kobud rəftar hallarını müəyyən etmək, eyni zamanda uşaq evi sakinlərinin yaşayış şəraitini, qidalanmasını və müalicə vəziyyətini öyrənməkdən ibarət olub.

Araşdırma zamanı məlum olub ki, uşaq evinin ştat vahidinə loqopedin, hüquqşünasın, habelə uşaqların dərsdənkənar vaxtlarının səmərəli təşkili üçün sosial işçinin, təşkilatçının, psixoloji xidmət işinin keyfiyyətini artırmaq üçün isə daha bir psixoloqun əlavə olunmasına ehtiyac var.

Uşaq evinin əsas problemi bu müəssisənin uşaq bağçası üçün nəzərdə tutulmuş binada yerləşməsi və kimsəsiz uşaqların 18 yaşı tamam olduqdan sonra sığınmağa yaşayış yerinin olmamasıdır.

Yaşayış şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib, araşdırmanın nəticələri haqqında Təhsil Nazirliyinə məktub ünvanlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR