Bank Of Baku

Misir Mərdanov: “Bu il qızıl və gümüş medal alan şagirdlərin ali məktəblərə imtahansız qəbul olunması məsələsi gündəmdə deyil”

Misir Mərdanov: “Bu il qızıl və gümüş medal alan şagirdlərin ali məktəblərə imtahansız qəbul olunması məsələsi gündəmdə deyil”
# 30 iyun 2011 15:30 (UTC +04:00)
Qərara alınıb ki, qızıl və gümüş medallar verərkən Təhsil Nazirliyinin apardığı yoxlama və buraxılış imtahanlarının nəticələri və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi sınaq imtahanlarının nəticələri nəzərə alınsın. Buna görə də medal alanların sayı çox az oldu”. APA-nın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov bildirib.

Onun sözlərinə görə, Təhsil Nazirliyi ümumilikdə 60 nəfərin siyahısını TQDK-ya göndərib: “Bu namizədlərdən 35 nəfəri həm yoxlama, buraxılış imtahanlarında, həm də TQDK-nın qəbul imtahanlarına hazırlıqla bağlı keçirdiyi sınaq imtahanlarının nəticələrinə görə, qızıl medala, 16 nəfəri isə gümüş medala təltif olunmağa layiq görülüb. 9 nəfərin nəticələri yüksək olmadığından onlar heç bir medalla təltif olunmayıblar. Qızıl medallara layiq görülənlərdən 13 nəfəri Bakı şəhəri üzrə ümumtəhsil məktəblərinin, 10 nəfəri Təhsil Nazirliyinin tabeliyində olan məktəblərin, 5 nəfəri özəl məktəblərin, 7 nəfər isə bölgə məktəblərinin məzunudur. Gümüş medal alanların 5 nəfəri Bakı məktəblərinin, 5 nəfəri Təhsil Nazirliyinin tabeliyində olan məktəblərin, 1 nəfər özəl məktəbin, 5 nəfər isə bölgə məktəblərinin məzunudur”.

M. Mərdanov deyib ki, bu il qızıl və gümüş medal alan şagirdlərin ali məktəblərə imtahansız qəbul olunması məsələsi gündəmdə deyil: “Gələn isə necə olacaq, deyə bilmərəm. Belə məsələlərdə tələsmək lazım deyil. Mən tam əminəm ki, qızıl və gümüş medal alan şagirdlərin hamısı istədikləri ali məktəblərə daxil ola biləcəklər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR