Bank Of Baku

Sabah Bakıda Türk Dünyası Riyaziyyatçılar Cəmiyyətinin IV konqresi başlayacaq

Sabah Bakıda Türk Dünyası Riyaziyyatçılar Cəmiyyətinin IV konqresi başlayacaq
# 30 iyun 2011 15:50 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Sabah Bakıda Türk Dünyası Riyaziyyatçılar Cəmiyyətinin IV konqresi öz işinə başlayacaq. Tədbirin təşkilatçıları Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsidir. APA-nın məlumatına görə, təhsil naziri Misir Mərdanov konqresin açılışı ilə bağlı bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, tədbirdə 20-dən çox ölkədən, o cümlədən Türkiyə, Rusiya, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, ABŞ, Fransa, Malayziya, Ukrayna, Gürcüstan və digər ölkələrdən olan 300 alim iştirak edəcək. Konqresin saytında 700 nəfərdən çox iştirakçı qeydiyyatdan keçib.

M. Mərdanov deyib ki, son illər Azərbaycanda humanitar elmlərin dəqiq və texniki elmləri qabaqlaması hiss olunsa da, hazırda bu tendensiya dəyişməkdədir: “Riyaziyyat üzrə belə bir konqresin Azərbaycanda keçirilməsi şərəfli işdir. Üç gün ərzində riyaziyyat elminin müxtəlif sahələri ilə bağlı müzakirələr aparılacaq. Bu konqres Azərbaycanda riyaziyyat elminin inkişafına səbəb olacaq, ölkəni dünyaya tanıdacaq, riyaziyyat elmi ilə bağlı son yeniliklərlə Azərbaycan alimlərini tanış edəcək”.

Qeyd edək ki, Türk Dünyası Riyaziyyatçılar Cəmiyyəti 1999-cu ildə yaradılan beynəlxalq təşkilatdır. Təşkilatın indiyədək 3 konqresi keçirilib. Bu il Bakıda keçiriləcək konqresin sonunda Türk Dünyası Riyaziyyatçılar Cəmiyyətinin prezidenti və vitse-preizdenti seçiləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR